Kişi və qadın arasında ilk tanışlığın təşəbbüskarı adətən kişi olur. Bir
çox hallarda məhz bu ilk təəssürat gələcəkdə uğurlu münasibətlərin
təməlini qoyur. Amma əfsuslar olsun ki bu ilk addımı atarkən oğlanların
əksəriyyəti bir çox tipik səhvlərə yol verir. Gəlin bu səhvləri nəzərdən
keçirək:
Həddən artıq tərəddüd etmək. Siz beyninizdə müxtəlif ssenarilər qura
bilərsiniz, ancaq imkanla üzləşəndə "əgər belə olsa?” kimi mənfi
düşüncələrə qapılmaqdan qaçının. Siz bununla məşğul olduğnuz zaman sizin
göz təması qurduğunuz qadın artıq nəsə başqa bir şey və yaxud başqası
haqqında firkiləşir. Yadınızda saxlayın: siz sadəcə ünsiyyət qurursunuz,
təklif etmirsiniz.
Siz rədd cavabından qorxursunuz. Rədd cavabı almaqdan qorxmayın. Bu
normaldır və hər bir kişinin başına gəlir. Əgər bu elə olmasaydı, o
zaman soruşmaq sadəcə formal əhəmiyyət kəsb edərdi, belə ki insanlar öz
sonsuz müdriklikləri ilə ondan vaz keçərdilər. Heç kəs, hətta ən mahir
Oyunçu belə yüzdə yüz uğur qazanmır. Tənqidi firkirlərdən və rədd
olunmaqdan can qurtarmağın sirri belə hal baş verərkən onu çox da
ürəyinə yaxın buraxmamaqdır. Çünki rədd cavabı əksər hallarda sizdə olan
qüsurlarla bağlı deyil. Məsələn, o pis bir gün keçirib, xəstədir,
harasa tələsir və bu əyləncəyə vaxtı yoxdur, adaxlısı və yaxud əri var,
lezbiyandır və sair.
İlk təəssürata önəm verin. Bəlkə də siz ilk təəsüratların vacibliyinin
fərqinə varmırsınız. Sizin zahiri görünüşünüz (başdan ayağa qədər)
fərqliliklər dünyası yaradaraq qadına kömək edir ki, o sizin onu cəzb
etdiyinizə qərar versin. Və əgər siz yaxşı görünürsünüzsə, o zaman
özünüzü də yaxşı hiss edirsiniz. Elə şəkildə geyinin ki, sizin əminlik
səviyyənizə yardımçı olsun. Siz
onun vücud dilini oxuya bilmirsiniz. Bir qadını maraqlandıran kimi, siz
artıq onun işarələrini oxumalısınız ki, məqsədinizə doğru qarşılıqlı
əlaqəni istiqamətləndirəsiniz. Ünsiyyət ekspertləri təxmin edirlər ki,
ünsiyyətin hardasa 60%-dən 80%-nə qədər qeyri-şifahidir, və onun daha az
aydın olması səbəbindən ən çox yayılmış səhvlər qadının vücud dilini
düzgün oxumamaqdan irəli gəlir. Onu işarələrini bilin. Siz
şablon tanışlıq üsullarından istifadə edirsiniz. Əgər siz tanışlıq
üsulu haqqında öncədən eşitmisinizsə və yaxud əgər o xüsusi bir vəziyyət
və ayrıca bir qadınla individuallaşmırsa, bu, artıq şablondur. Buna
baxmayaraq, birinci gediş kimi sadəcə tanışlıq üsulu hesab edilə biləcək
bir şeydən istifadə etmək şablondur və buna görə də ondan qaçınmaq
lazımdır. Başlanğıc üçün xüsusi bir fikir söyləyin. Məsələn olduğunuz
yer, ya da ki ətrafda baş verənlərlə bağlı bir şey deyin və daha sonra
söhbət yoluna düşəcək.
Siz
düzgün suallar soruşmursunuz. Əksər qadınlar və ümumiyyətlə əksər
insanlar bildikləri bir şey haqqında danışmağa üstünlük verirlər və bunu
xoşlayırlar. Və sizcə, hansı mövzuda hər qadın mübahisəsiz ekspertdir?
Özü. Əgər siz qapalı suallardan (bunlar sadəcə hə/yox cavabı tələb edən
suallardır) qaçınsanız qadını daha çox danışmağa sövq edəcəksiniz. Bunun
əvəzinə siz açıq suallar soruşun.
Siz
lovğalanırsınız. Qadınlar lovğalara nifrət edirlər və bundan başqa,
onlar daha çox özləri haqqında eşitmək və söhbət etməyi xoşlayırlar.
Əgər sizin lovğalanmanız qadına təsir edibsə, o özünü narahat hiss
etməyə başlayır, bu da tezliklə başqa problemlərə gətirib çıxara bilər.
Siz
onu ideallaşdırırsınız. Sizi cəzb edən bir kəsdə mükəmməl keyfiyyətlər
görmək təbii bir hissdir. Ancaq elə indicə rast gəldiyiniz bir insana bu
cür davranmaq iki cür problem yaradır: birincisi, siz unudursunuz ki,
müəyyən təfsilatları sadəcə ehtimal etmisiniz və onlar haqqında arzular
əvəzinə faktlar kimi düşünürsünüz; ikincisi, onun güman etdiyiniz
mükəmməlliyi sizə onun yanında əsəbi və həyəcanlı edir ki, bu həm sizə
həm ona mənfi təsir edir. Əlbəttə ki, həddən artıq canfəşanlıq etməyin
və onunla adi bir insan kimi rəftar edin.
Siz
həddən artıq ciddisiniz. Məzəli olun, lakin başqalarını özünüzə
güldürməyin. Özünüzlə məzələnmək normaldır, ancaq bu o demək deyil ki
siz başınızı divara döyməli və qəribə ördək səsləri çıxarmalısınız.
Sadəcə ünsiyyət qurun və onu ağıllı yumorla tarazlıqda saxlayın.