Einsteinin hər birimiz kimi olan 4 xüsusiyyəti

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 676
Səs ver:
(səs: 1)
Həyat heç də asan deyil, xüsusilə də bir dahi üçün. Albert Einstein də onlardan biridir. Bizim üçün nə qədər qəribə olsa da, onun da həyatında müxtəlif çətinliklər olub, o da adi insanların qarşılaşdığı problemlərlə üzbəüz qalıb.
Prinston Universiteti məşhur fiziklərin müxtəlif işlərini dərc etdirmişdir. Tərcümə və tarixi faktlara əsaslanan qeydlər əsasında hazırlanmış "Rəqəmsal Eynstein” layihəsi dahinin ilk gənclik illəri barədə çoxsaylı yeni və ətraflı məlumatlara çatmağa kömək edir. Kaliforniya Texnologiya İnstitutunun tarixçisi və "Eynstein Məqalələri Layihəsi”nin direktoru Diana Kormos-Buchwald, bu materialların 25 ildən artıq müddətdir ki, diqqətli bir şəkildə seçilərək, qeydlər şəkildə təqdim olunduğunu vurğulayır. Arxivlənmiş məktublar, dərs qeydləri və digər məqalələrdən toplanan bir çox mənbə 20-ci əsrin ən böyük dahilərindən birinin həyatının da bizim həyatlarımıza bənzədiyini meydana çıxarıb.
 
Arzuladığı işdən əl çəkmişdi
Universitet professoru olmaq məsələsində yaşadığı məyusluqdan sonra, 1902-ci ildə bir dostunun köməyi vasitəsilə İsveçrə Patent İdarəsinə tədqiqatçı olaraq təyin edildi. Nyu-York Universitetinin tarixçisi Matt Stanley deyir ki, "Onun yaxşı tələbə olmaması, böyük ölçüdə öz günahıydı. Professorlara qarşı çox hörmətsizlik edir və onsuz da dərslərdən keçə biləcəyini bildiyi üçün çox vaxt dərslərə gəlmirdi.”
Bu hal sizə tanış gəlmir ki? Amma bu vəziyyət onu xəyallarının arxasınca getməsindən çəkindirmədi. Massachusetts Texnologiya İnstitutundan tarixçi David Kaiser qeyd edir ki, "Eynstein’in ailəsi elektronika işləriylə məşğul idi, buna görə də patent idarəsi ona çox tanış olan bir yer idi”. Yeni ixtiralarını daha da inkişaf etdirərək, bacarıqları çox uğurlu bir şəkildə elmi işlərə çevirərək, 1905-ci ildə, məşhur E mc² tənliyi və işığın sürəti üzərindəki digər işləriylə birlikdə Nobel Mükafatına layiq görüldü.

Əylənməyi sevirdi
1915-ci ildə dostu Conrad Habicht’ə göndərdiyi bir açıqcanın arxasına "İkimiz də masanın altında sızmışdıq,” yazan alim, özü və xanımı Mileva Maric’i nəzərdə tutardu. Stanley yazır: "Gənc Eynstein bizim bildiyimiz kimi müdrikcə deyil, daha əyləncəli bir həyat sürürdü. Bir çox tələbənin etdiyi kimi o da barlara gedir, lakin burda da yoldaşları ilə kosmos və zaman haqqında söhbətlər edirdi.”
 
O da sevgi əzabı çəkib və boşanıb
1903-ci ildə Eynstein fizik dostu Maric ilə evlənir. Maric bir il sonra bir qız uşağı dünyaya gətirir. Tarixçilər bu uşağın övladlıq olaraq başqasına verilmiş, ya da körpə ikən ölməsi ehtimalları üzərində hələ də baş sındırırlar. 1912-ci ildən etibarən getdikcə bir-birinə yadlaşmağa başlayan cütlük 1919-ci ildə boşanıb. Arxivlərdə olan, "Boşanma Fərman”ının bir hissəsi kimi, Eynstein o zamanlar hələ də əlinə keçməmiş olan Nobel Mükafatından qazandığı gəliri, uşaqlarına baxması üçün keçmiş həyat yoldaşına verəcəyini qəbul edib.
Stanley yazır: "Məktublardan belə başa düşürük ki, gənc Eynstein də sonradan tanıdığımız Eynstein kimiydi: Qaydalara laqeyd yanaşırdı, bir az üsyankar idi, öz yolunu özü çəkən və qadınlara qarşı zəiflik hiss edən biri idi. Həyatında baş vermiş hadisələrdən bəzi dərslər alsa da, sevgi məsələlərində daima çətinliklər yaşamışdı.” 1919-cu ildə qohumu Elsa ilə evlənən alim, elə həmin ildə də ondan boşanmışdı.

Uşaqları ilə bağlı problemlər yaşayırdı
Einstein oğullarına qarşı çox mehriban idi. Həyatı boyu onlara məktublar yazmış, səyahətlərindən bəhs etmişdi. Uşaqlarına tez-tez məktəbdəki həyatları barədə suallar verirdi. Eduard’ın həyatı xüsusilə 20 yaşında şizofreniya diaqnozu qoyulmasıyla, faciəli bir dönüş nöqtəsinə gəlmişdi. Böyük oğlu Hans Albert isə siyahıya alınmışdı; Maliyyə sənədləri araşdırılırmış və 1922-ci ildə Zurich Bankında olan hesabına haradan gəldiyi məlum olmayan kütləvi pul ilə bağlı haqqında cinayət işi açılmışdı.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 676
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri