Başqasının dərdinə şərik olmaq ömrü qısaldır?

Müəllif: Fialka
Şərhlər: 2
Baxılıb: 2 132
Səs ver:
(səs: 1)
Araşdırmalar nəticəsində  məlum olub ki, başqalarının yaşadığı çətinlikləri dinləmək kədərlənməklə bərabər, ömrü də qısaldır. 
türkiyəli psixoloq Cangül Tokmaktəpə başqasının problemini qəlbimizə çox yaxın buraxmamağı məsləhət görüb:
 
"Əlbəttə ki, sevdiklərinin və yaxınlarının problemlərini dinləmək hər kəsin borcudur. Hər birimiz bacardığımız qədər onların problemini həll etməyə çalışır və öz tövsiyələrimizi veririk. Münasibətlərdə özünü qarşı tərəfin yerinə qoymağı bacarmaq mühüm amildir. Ancaq bunu öz problemin kimi mənimsənmək adama zərər verməyə başlayır. Bunun üçün başqasının problemini qəlbimizə çox yaxın buraxmaq məsləhət deyil. Adətən, yaxınının dərdini dinləyən insan ona yardımçı olmağa çalışıb əlindən gələni edir. Lakin həmin şəxs problemin özünə aid olmadığını dərk etməli və problemin məsuliyyətini öz üzərinə götürməli deyil.
İnsan ətrafında daim stressə məruz qaldıqca, eşitdiyi bu problemlərdən əziyyət çəkməyə başlayıb, özünü gərgin hiss edir. Bütün bu neqativlər insanın həyat enerjisinə təsir göstərir, dolayısı ilə ömrün qısalmasına da səbəb olur”.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 132
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri