Həqiqət acı olsada...

Şərhlər: 2
Baxılıb: 354
Paylaş:
Səs ver:
(səs: 2)
Bir əfsanəyə görə, həqiqət çox çirkin olur, amma onu anlayanlar çox gözəl olduğunu söyləyirlər. Hər şeyin həqiqi olması, onun özü üçün dəyişməz olan vücudunun gözəlliyidir. Hər cismin də dəyişməz bir həqiqəti var, yəni gördüyümüz kimidir, o vaxta qədər ki, bir insan tərəfindən dəyişdirilməsin... 

Bəs haqqı danan, dilinə düz söz gəlməyən insanları necə, dəyişmək olarmı?
İki nəfər bir-biriylə mübahisə edir. Öz bildiyini, məntiqini qəbul etdirməyə çalışır. Heç düşünürsünüzmü bəlkə də onlardan biri ola bilsin ki, lap ikisi də özünü kiməsə göstərmək üçün çənə-boğaza çıxıb? Bu düşüncə insanda obyektivlik hissini öldürür, yəni sən də daha doğru olanı deyil, sənə sərf edəni söyləmək, qarşı tərəfi dolaşdırmaq üçün susdurmaq istəyirsən. 

Səbəbi isə kiminsə xoşuna gəlməkdir. Yalan sözlərlə kiminsə xoşuna gələ bilər. Sonra yalanı üzə çıxsa necə? O insan kimi necə formalaşacaq başqalarının gözündə?

Qəribə görünsə də bu cür və ya başqa buna oxşar münasibətlər məktəbli uşaqlardan tutmuş, saçı ağarmış bir çox adamların da başına gələ bilər.
"Kiminsə xoşuna gəlmək" çox pis vərdişdir. Bu vərdiş uşaqlıqdan beyinə psixoloji olaraq yeriyir və insanı şeytana çevirir.

Həqiqət başa bəla olsa belə, ondan imtina etmək çox günah sayılır. Bütün haqqı qucaqlayan bir həqiqətin olması Allah deməkdir.
Əgər söhbətə müdaxilə edib, həqiqəti söyləməyəcəksənsə onda sus. Əsas olan həqiqətin tərafdarı olmaqdır, haqqı söyləməkdir.

Qoy buna görə hər kəs səndən üz döndərsin, təki Allahın yanında üzün ağ olsun. Nə qədər ki, yalan ayaq tutur, amma yerimir.
Haqq gec də olsa, öz yerini tapır. Həqiqətdən qaçmaq, insana olan inamı zədələyir, onun haqqında olan müsbət insani keyfiyyətlərə xələl gətirir. 
Həqiqəti danan insanla heç kim, hətta yalançı insan olsa belə, yol yoldaşı olmaz, dərdini, sirrini bölüşməz. 

Bir nəfər Peyğəmbər(s)-ın yanına gəlib deyir:
-Üç günah etmişəm, zina, içki, yalan.
Peyğəmbər(s) adama deyir;
- Mənim üçün yalanı bir də ağzına alma.
-Yaxşı-deyərək adam gedir və bir də yalan danışmır.
Amma bir gün o biri günahları etmək istəyəndə öz-özünə;
-Əgər bu günahları etsəm, Rəsulallah soruşanda, bəli desəm, günahım aşkar olacaq, yox desəm, onda da yalan demiş olacağam.- deyir və o biri günahlarından da əl çəkir.
Təki, hər kəs öz vicdanı ilə baş-başa qalıb, özünü sorğu-suala tuta biləydi. Həqiqət olan Allaha sığınıb, günahları üçün dua edə biləydi.

loading...
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 354
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
gozel yazidi deyimlerdir
14 iyun 2016 14:57
2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Heqiqet aci olsada hec vaxt onnan vazgecme. Yalan heyatda en nifret etdiyim seydir
14 iyun 2016 06:27
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv