Neyrobika
– beyin üçün məşq funksiyasını yerinə yetirən hərəkətlərdir. Bu məşqə 5
hiss orqanları cəlb olunub: görmə, eşitmə, iybilmə, dad, lamisə
(toxunmaqla hiss etmə). Onların müntəzəm yerinə yetirilməsi beyinin
müxtəlif bölgələrində sinir inkişafını stimullaşdırır, sinir
hüceyrələrini yaxşılaşdırıb yaddaşı möhkəmləndirir.
1. Gözü bağlı duş qəbul edin
Əşyaları,
suyu toxunaraq hiss etmək baş beynin fəaliyyətini yaxşılaşdırır. Sizin
əlləriniz görmədiklərinizi hiss edir, beləcə onlar bu barədə sizin
beyninizə siqnallar göndərir.
Gözü
bağlı yalnız duyğu orqanlarına arxalanaraq əşyalara toxunun. Bu, sizin
fantaziyanızı və yaradıcılıq qabiliyyətinizi gücləndirir. Zədədən
yayınmaq üçün bütün bunları çox ehtiyatla edin.
2. Dişləri işlətmədiyiniz (sağ və ya sol) əllə təmizləyin
Araşdırmalar
göstərib ki, beynin əks yarımkürəsinin istifadəsi zehnin inkişafına
əhəmiyyətli dərəcədə təsir göstərir. Dişləri işlətmədiyiniz əllə
təmizləyin, eləcə də diş məcununun qapağını həmin əllə açmağı unutmayın.
3. Səhər vərdişlərinizi dəyişin
Beyin
üzərində aparılan tədqiqatlar göstərir ki, yeni vərdişlər baş beyin
fəallığının səviyyəsinin artırır. Səhər yeməyindən sonra geyinin, itlə
yeni parkları gəzin, kanalınızı dəyişib yeni verilişlərə baxın.
4. Adi əşyaları baş-ayaq yığın
Əşyaları
düz qoyduqda beyin tez onları tanıyır və diqqətinizi dərhal başqa yerə
yönləndirir. Onları baş-ayaq çevirdikdə isə beyin yarımkürəsinin sağ
tərəfi işə qoşulur və bu anlaşılmazlığı düzəltmək barədə düşünür.
5. Həmişəki yerinizi dəyişdirin
Ailə
üzvlərinin əksəriyyətində masa arxasında hər kəsin öz yeri var, beyin
isə daim yeni təcrübələrə ehtiyac duyur. Bunun üçün bəzi vərdişlərinizi
dəyişməli olacaqsınız. Məsələn, həmişəki yerinizi, yaxud da çarpayının
yerini dəyişdirmək yaxşı fikirdir.
6. Yeni ətirlər iyləyin
Yəqin
ki, hər biriniz qəhvə qoxusunun səhərlər insan əhvalına necə müsbət
təsir etdiyini müşahidə etmisiniz. Eləcə də başqa bitkilərin qoxuları
sinir sisteminə müsbət təsir göstərir. Məsələn, nanə, darçın, vanil
sinirlər üçün olduqca faydalıdır.
Sevdiyiniz
ətrin ekstraktını 1 həftə çarpayının yanında saxlayın. Yuxudan duran
kimi onu açıb iyləyin, daha sonra əyninizi geyinib üzünüzü yumağa gedin.
7. Pəncərələri açın
Qippokampus
baş beyinin xatirələrə cavabdeh hissəsidir. Səslər, qoxular, gün işığı
ona güclü təsir edir. Yuxudan duranda pəncərələri açıb yeni səsləri
eşitməyə çalışın. Açıq pəncərə sizə yeni səsləri kəşf etməyə kömək
edəcək.
8. Supermarketdə məhsulların yerini öyrənin
Mağazalarda
ən gəlirli mallar göz önündə yerləşdirilir, ona görə də bizə lazım
olanları almaqda çətinlik çəkirik. Mağazada dayanıb rəflərdəki malları
yuxarıdan-aşağıya baxıb təcrübə qazanın. Beləliklə, siz əvvəllər tapa
bilmədiyiniz məhsulları görəcəksiniz.
9. Gün ərzində insanlarla ünsiyyətdə olun
Elmi
tədqiqatlar dəfələrlə sübut ediblər ki, ünsiyyət çatışmazlığı ümumi
idrak qabiliyyətinə ciddi mənfi təsir edir. Ünsiyyətcil insanlar hətta
yad insanlarla söhbət edir. Siz də tanımadığınız insanlara sual
verməkdən çəkinməyin.
10. Səsli oxuyun
Kitab
və ya hər hansı yazı oxuyanda onu ucadan, yaxud səsli oxuyacağımıza
özümüz qərar veririk. Ucadan oxumaq yazını daha yaxşı dərk etməyə kömək
edir, eyni zamanda da zehnin inkişafını müsbət istiqamətdə təsir edir.