Əslində həyatda hər birimizin 4 yoldaşı var....

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 2668
Paylaş:
Səs ver:
(səs: 1)
alt
 

Bir zamanlar, böyük və güclü bir ölkəni idarə edən kralın 4 həyat yoldaşı varmış.
Kral ən çox dördüncü xanımını severmiş, bir dediyini iki etməz, hər şeyin ən gözəlini, ən yaxşısını ona verirmiş.
Kral üçüncü xanımını da çox sevərmiş. Bu gözəlliyin bir gün özünü tərk edə biləcəyindən qorxduğu üçün, onu çox qısqanırmış.
İkinci xanımını da sevərmiş kral. Ona qarşı hər zaman mehriban ve səbrli davranan yoldaşı, kralın nə zaman bir dərdi olsa daim onun yanında olur, ona dəstək verirmiş.
Kraliça olan birinci xanımıymış kralın. Onu ən çox sevən, qarşılıq gözləmədən sevən, sağlığına ve hökmranlığına ən böyük qayğını bəsləyən bu xanımı olmasına baxmayaraq, kral birinci yoldaşını sevməzmiş və onunla heç maraqlanmazmış.
Bir gün kral ölümcül bir xəstəliyə tutulur. Yaxında öləcəyini anladığı və öldükdən sonra tənha qalmaqdan çox qorxduğu üçün, xanımlarından hansının ölüm yalnızlığını onunla paylaşmaq istəyə biləcəyini öyrənmək istəmiş.

Ən çox sevdiyi dördüncü yoldaşına "ölüm yolculuğunda ona yoldaşlıq etmək istərmi"- deye soruşduqda aldığı cavab qəlbinə bıçaq kimi saplanan qısa və dəqiq «mümkün deyil» olmuş... «Hayatım boyunca səni sevdim. Sən mənimlə birlikdə ölməyi qəbul edərsənmi?» sualına üçüncü yoldaşı da «xeyr, həyat çox gözəldir. Sən öləndən sonra mən yenidən evlənəcəyəm» deye cavab vermiş.

Kral bir daha yıxılmış.
«Hər problemimdə hər zaman yanımda olan, mənə kömək eden sən idin, bu məsələdə də mənə yardım edərsənmi?» tələbinə qarşı ikinci xanımından; «bu məsələdə heç nə edə bilmərəm, ən uzağı səni məzarına qədər ötürər, gözel bir cənazə mərasimi təşkil edər ve yasını tutaram» cavabını almış.
Böyük bir ümidsizliyə qapılmış kral birinci həyat yoldaşının səsi ilə diksinmiş.
«Hara gedərsən get səninlə olaram, səni izləyərəm...»
«Ah!» deyə inləmiş kral; «kaş ki bir şansım daha olsaydı...»

Həyatda hər birimizin 4 yoldaşı var əslində:
Dördüncü yoldaşımız vücudumuzdur...
Onun gözəl görünməsi üçüin nə qədər zaman, qaynaq və güc sərf etsək də, öldüyümüzdə bizi tərk edəcək.

Üçüncü yoldaşımız sahib olduğumuz sərvətimiz və statusumuzdur..
Ölür ölməz başqalarına yar olacaqlar.

İkinci yoldaş, ailəmiz və dostlarımızdır.
Bütün dərdlərimizi paylaşdığımız bu insanların ən çox edə biləcəkləri bu dünyadan gözləri yaşlı bizi uğurlamaq, yola salmaq olacaq.

BİRİNCİ YOLDAŞ İSƏ RUHUMUZDUR. Bizimlə gəlir...


loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2668
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook