Evdə qalmamaq üçün qadın nə etməlidir?
"Şəxsi biznesim, maşınım, evim var, amma həyatda nəsə çatmır...”
Qadınların "ailə, yoxsa karyera” seçimi
Yaxın keçmişdə qadınlar ailəyə daha çox bağlı idi. Amma indi onlar karyera, yaxud ailə seçimi qarşısında qalıb.
Psixoloq Elnarə Baxışlının sözlərinə görə, hazırda mühitin tələbləri
bir az fərglidir. "İndi qadının müəyyən hüquqları, karyera məsələləri
daha çox ön plana çıxıb. Məncə, qadının ailəsi olmalıdır, qadın həm də
müəyyən bir yerdə işləməlidir, amma istənilən halda qadın üçün əsas ailə
olmalıdır”.
Mütəxəssis qeyd edir ki, ümumiyyətlə, hər bir insanın həyatında üç
əsas amil rol oynayır: sağlamlıq, ailə və iş. Kişilər üçün hər uç amili
əhəmiyyəti sayır, qadınlar üçün bunları bir yerdə cəmləşdirmək çox
çətindir. "İstər siyasi, istərsə də iqtisadi sferada qadınların
çoxalması, daha aktiv olunması gündəmdədir. İndiki zamanda kişilərin
müəyyən iqdisadi statuslarına nəzər yetirsək görərik ki, onlar əvvəlki
qədər hegemon mövqedə deyil. Qadınlar zaman-zaman səlahiyyəti kişilərin
əlindən alırlar. Buna görə qadınlarda karyera ön plana çıxır.
Falklorşunas Elxan Məmmədli deyir ki, mən ailə qurmayıb karyeranı
fikirləşən xanimlara bəraət qazandırıram. "Bu insanların ev şəraiti, ev
məsələsi o qədər problemə çevrilib ki, universiteti qurtarıb yalnız
karyera dalıyca geden genclərimizi qınamıram”.
Deputat Gövhər Baxşəliyeva isə hesab edir ki, qızların karyeranı
ailədən daha üstün tutmasına inanmır. "Hər bir qadın ilk növbədə bu
dünyaya ana kimi gəlir və analıq missiyası təmin olmalıdır. Heç bir
qadın deyə bilməz ki, mən ana olmaq istəmirəm. Lakin müxtəlif səbəblərə
görə bu alınmaya bilər, onda qadın öz potensialını karyeraya yönəldir.
Yaxud cəmiyyətmizdə ele qadınlar da var ki, çox böyük potensiala
sahibdirlər. Lakin həm ana, həm ailə sahibi ola bilir və eyni zamanda
karyera da qura bilirlər” .
İş qadını Aysel Məmmədova deyir: "Universiteti bitirdikdən sonra iş
axtarmaga başladım, ailə haqda heç fikirləşmirdim. Elçilərim çox olub,
amma mən onları bəyənmirdim kiminsə işi, kiminsə təhsili, xarici
görünüşü məni qanə edmirdi. İndi 38 yaşım var. Bu illər ərzində şəxsi
biznesim, maşınım, evim var. Amma həyatda nəsə çatmır, daha doğrusu,
həyat yoldaşı...”.