Yumşaq ol, itaətkar deyil, möhkəm ol, qəddar deyil

Müəllif: my_angel
Şərhlər: 4
Baxılıb: 2 217
Səs ver:
(səs: 0)
1. Əgər sizi tənqid edirlərsə, deməli siz hər şeyi düzgün edirsiniz. Çünki, insanlar beyni olan hər kəsə hücum etməyi sevir.
2. Su kimi hərəkət et. Şüşə kimi donub dayanmağı öyrən. Əks-səda kimi cavab ver.
3. Əsl dostlar almaz kimidir – çox qiymətlidirlər və sayları çox azdır. Yalançı dostlar isə payız yarpaqları kimidir – onlar hər yerdədirlər.
4. Həqiqətin yolu yoxdur. Həqiqət yaşayır, deməli o həm də dəyişkəndir.
5. Nə qədər yavaş hərəkət etməyinin əhəmiyyəti yoxdur, əsas odur ki, yerində dayanmırsan.
6. Əgər sizin səhvinizi etiraf etmək cəsarətiniz varsa, bu səhvlərə görə sizi hər zaman bağışlamaq mümkündür.
7. Yumşaq ol, itaətkar deyil. Möhkəm ol, qəddar deyil.
8. Bütün böyük ustadları bir otaqda toplayın və onlar dünyadakı hər şey barəsində razılığa gələcəklər. Onların şagirdlərini bir otağa yığın və onlar dünyadakı hər şey barəsində mübahisə edəcəklər.
9. Nəsnələrə nə qədər çox qiymət veririksə, özümüzə bir o qədər az dəyər veririk.
10. Biliklər kifayət deyil, sən onları həm də tətbiq etməlisən. Arzulamaq kifayət deyil, həm də hərəkət etməlisən.
11. Düşünmə, hiss et! Bu Aya barmaqla işarə etmək kimidir. Diqqətini barmağına cəmləndirsən, möhtəşəm gözəlliyi gözdən qaçıracaqsan.
12. Həyatımızdakı günlər arzularla dolmayıbsa, həyat da bir göz qırpımı qədər ani olur.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 217
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri