Bu bitki insanı öldürür

Şərhlər: 9
Baxılıb: 2 325
Səs ver:
(səs: 1)
Ayahuasca bitkisi Cənubi Amerikada bitən bir bitkidir. Çox maraqlı bir bitkidir belə ki, Peruda və Braziliyada insanların ruhunu bədəndən çıxaran, bundan sonra uzun müddət insanın öz cəsədinə tamaşa etməsinin səbəbi ayahuasca bitkisinin təsiridir.

Belə ki, bitkinin yarpaqları yığılıb qaynadılır və içilir, bir saatdan sonra ruh bədəni tərk edir, bu proses 3 saata yaxın davam edir və insan cəsədinə yuxarıdan aşağı baxmağa başlayır. Bu zaman şamanlar müxtəlif ayinlər icra edirlər guya bütün bunları onlar edir.

Maraqlıdır ki, xasiyyəti pis insanlar bu əməliyyatı bir dəfədən artıq etmirlər çünki özlərini çox pis hiss edirlər, amma hamının yaxşı qəbul etdiyi insanlar bu əməliyyatdan sonra çox yüngüllük hiss edirlər və bəzən bu prosesi 10 günlərlə edirlər.

Ayahuasca bitkisinin dəmləməsi insanın ana bətnində 8 aylığa qədər alın nahiyyəsinin içində olan bir maye ilə eynilik təşkil etməsi bir sirdir.

Bu maye həm də epifiz vəzin ifraz etdiyi mayeyə bənzər mayedir. Yenə də maraqlıdır ki, epifiz vəzin hormonunun çox ifraz edilməsi ölüm anındada daha çox baş verir.

Bəzi istifadəçilərin fikirlərinə görə bu çay insanda qəlb gözünün açılmasına səbəb olur çünki insan öz cəsədini görür və dünyanın mənasızlığı haqqında düşünməyə başlayır.

Artıq bütün dünyadan hər il minlərlə insanlar bu dövlətlərə gedib bu prosedurları qəbul edirlər. Şimali Amerikada və Avropada isə psixoloqlar bu bitkidən istifadə edirlər.

Azərbaycanda ayahuasca bitkisi öyrənilmədiyindən və bu kimi prosedurlar bizdə qadağan edildiyindən, xahiş edirəm, bizdən bu bitkini gətirməyimizi istəməyəsiniz, sadəcə maraq xatirinə paylaşıram və, bir də yolunuz o dövlətlərə düşsə daha ətraflı öyrənib istifadə edə bilərsiniz.
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 325
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri