McDonaldsın hiyləgərliyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 434
Səs ver:
(səs: 2)

 

Fastfood–u bütün ölkələrdə az qala hər kəs pisləyir. Amma bu yemək növü gündəlik qida rasionumuzun əsas hissəsinə çevrilib.

 

Bəs bu qədər antireklamlara və maarifləndirici kampaniyalara baxmayaraq, McDonaldsda satışlar niyə rekord qırır?
Ötən əsrin 70-ci illərində McDonaldsda ancaq kişilər işləyirdi. Feministlərin bərabər əmək fəaliyyəti tələbi ilə çıxışlarından sonra 1971 –ci ildən qadınlar da burada işləməyə başladılar.
Bu hadisə şirkətin əsas reklamı oldu və menyularına diqqət artdı. Beləcə buraya qadınların axını başladı.
Satışı "qızışdırmaq" üçün rəngli qutular, yelləncəkli parklar, oyuncaqlarla uşaqları cəlb edən firma, uşaqların hesabına qadınların ora gəlişini də artırdı. Şəbəkə "uşaqlar səni sevsə, qadınlar dərdindən öləcək" prinsipi ilə işləməyə başladı.
McDonaldsın başqa sirri isə dünyanın hər yerində fastfood satışını əlinə alan firmanın eyni stildə işi idarə etməsi, satıcıların həddən artıq gülərüzlülüyüdür. Məsələn, kafedə insan əlindən yer tapılmasa da, satıcılar "gözləyin, yer yoxdur " kimi ifadələr işlətmir. Əksinə, "boş kassa, sifarişinizi verin" deyirlər.
Azərbaycanda da fastfood qidalardan geniş istifadə olunur. Zaman-zaman bunun insan orqanizmi üçün nə qədər ziyanlı olduğu barədə yazılsa da, marifləndirmə xarakterli materiallara və çıxışlara fikir verən yoxdur.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, McDonalds uşaqların həyatına sui–qəsd hazırlayır:

http://edu.glogster.com/media/8/42/84/1/42840176.jpg

 

"Dünyada istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan İnternational Consumer Union adlı təşkilat var. Onlar mütəmadi olaraq insanların fastfooddan , yarımfabrikat qidalardan, qurudulmuş undan hazırlanmış çubuqlardan, çipsilərdən, dəfələrlə eyni yağda bişirilmiş kartoflardan uzaq durmaları üçün anti-reklam kampaniyaları aparır. Avropada kampaniyaların davamlılığı, qeyri–hökümət təşkilatlarının ciddi səyi insanları təbii qidalanmaya yönəldir. Dönər hazırda demək olar ki, türklərin sayəsində bütün dünyaya ayaq açıb. Hər yerdə də bu fastfood
rolunu oynayır. Ancaq bizdə vəziyyət daha acınacaqlıdır. Dönər mənşəyi məlum olmayan ətdən hazırlanır. Ayaqüstü hazırlanan və yeyilən dönər küçədə toz torpağın döyənəyinə çevrilir. McDonalds isə bütün dünyanın gələcəyinin məhvinə hesablanmış bir şəbəkədir. Rəngarəngliklə uşaqları cəlb edib sağlamlıqlarına elə bir zərbə vururlar ki, bu zərbələr ömürlərinin sonuna qədər müxtəlif xəstəliklərlə onları izləyir. Valideynlər övladlarını zərərli qidalardan qorumağa borcludur. Gələcək nəsli sağlam görmək istəyiriksə, süni, mənşəyi qeyri–məlum qidalardan qaçmalıyıq".//publika

Günay Muradlı

P.S. Günay xanımın toxunduğu problem aktualdır. Qidalarının ziyanlı olması ilə yanaşı həm də, qiymətlər bahadır.
Bəs, görəsən niyə bu məkanda həmişə növbə, basabas olur?
(səs: 2)
Şərhlər: 2
Baxılıb: 3 434
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri