Bu fənərlər ancaq insan yaxınlaşanda gül açır

Şərhlər: 3
Baxılıb: 1 419
Səs ver:
(səs: 2)
Şəhərlər gözəlləşir, lakin bu gözəllik bir çox hallarda eyniləşməyə doğru aparır. Artıq dünyanın bir çox iri şəhərləri şüşədən və daşdan, qarmaqarışıqlıqdan ibarətdir. Boz çalarlı binalar, rəngli reklam lövhələri, tələsən insanlar – şəhər dedikdə artıq ağlımıza ancaq bunlar gəlir. Belə bozluq və eyniliyin içində rəngarənglik, fərqlilik görəndə isə istər-istəməz insanın ürəyi açılır.

Bu cür fərqli işlərdən biri də Qüds (Yerusəlim) şəhərində edilib. Şəhərin mərkəzində quraşdırılmış nəhəng fənərlər 9 metr uzunluğundadır və indi şəhər bu gözəl qurğusuyla öyünə bilər. Bu qurğunun yeganə özəlliyi onun gözəlliyində deyil. Əgər avtobus və ya insan bu gül formalı fənərlərə yaxınlaşırsa, güllər açılır və mükəmməl görüntü meydana çıxır. Layihənin müəllifləri də bu güllərin "sehrli” olduğunu deyirlər. Həqiqətən də həm görünüşü, həm də ideyası çox sehrlidir!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 1 419
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri