Düşünən adam heykəli nədən düşünür?

Şərhlər: 3
Baxılıb: 3 548
Səs ver:
(səs: 1)
"Düşünən Adam”-ın əsl yaradıcısı olan August Rodinin həyatı boyunca qadınlarla əlaqələri həmişə enişli-yoxuşlu olmuşdur.

 1883-ci ildə tanış olduğu özü də heykəltəraş olan Kamelle Klaudel ilə uzun müddət birlikdə yaşamışlar, bu illər Rodin üçün qızıl illər olsa da, Kamelle üçün ağır illər idi. Belə ki, bu əlaqənin sonunda ruh sağlamlığı pozulan qadın öz eskizlərini və heykəllərini paramparça edərkən, Rodinin fikirlərini oğurlamaq və onu öldürmə planları hazırlamaqla günahlandırılırdı. Ən nəhayət ağıl xəstəxanasına aparılan Klaudel ömrünün geri qalan 30 ilini burada keçirmişdir.
 Bir qadına yaşatdığı məhəbbət nəticəsində Onu ağıl xəstəxanasına məhkum edən bir heykəltəraşın əsərinin bu gün eyni şəkildə bir ağıl xəstəxanasının bağçasında olması olduqca mənalıdır.

Heykəlin yaradılma fikri isə bir komissiya tərəfindən Parisə yeni bir qapı təsvirinin hazırlanması istəyiylə doğulmuşdur. Rodin müasir Avropanın fikir atalarından sayılan Dantenin İlahi Komediya adlı əsərindəki Cəhənnəm və Cənnət hissələrindən xüsusilə, Cəhənnəm təsvirinin təsirində qalaraq və onlardan ilham alaraq işlərə başlamışdır. İlk olaraq, Cəhənnəm qapıları təsvirini ön planda tutan Rodin bu mərhələdə əvvəllər çox-çox daha kiçik və fərqli heykəl fiqurları yaratmağı planlamışdır. Rodinin yaratdığı heykəlin çılpaq olması ciddi mənada müstəqillik göstərməsi, bəzi reaksiyalara səbəb olsa belə, heykəltəraşa olduqca məşhurluq qazandırmışdır.
"Düşünən Adam” heykəli August Rodin tərəfindən yaradılan bədii əsərdir. Parisdə yerləşən Rodin Muzeyində sərgilənən "Düşünən Adam” heykəli  bürünc və mərmər qarışığından hazırlanmış və fəlsəfi düşüncəni izah edən bir simvol olaraq istifadə edilməkdədir. Orijinal əsər 1,85 metr ölçüsündə çılpaq kişi modelidir, fəlsəfi yanaşmalara görə, oturan və dərin düşüncə halında görünən fiqurun eyni zamanda ruhi bir dinclik içində olduğu da qəbul edilir.
Kiçik ölçüdə ilk dəfə gips forması 1880-ci hazırlandı. Böyük ölçüdəki ilk halına bürünc tökmə olaraq, 1902-ci ildə başlayan Rodin bunu 1904-ci ildə tamamladı. İndiki halını 1906-cı ildə tapan "Düşünən Adam” heykəli 1922-ci ildə o dövrün Hoteli olan Rodin Muzeyinə köçürülüb.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 548
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri