Niyə kəsilən barmağımızı ağzımıza salırıq?

Müəllif: Barbaris
Şərhlər: 3
Baxılıb: 2 123
Səs ver:
(səs: 1)
Elmi araşdırmalar həyatımızdakı bir sıra həqiqətləri daha tez qavramağa, bəzi hadisələrin baş vermə səbəbini daha yaxşı anlamağa kömək edir.

Alimlərin illərdir apardığı bir sıra araşdırmaları. Bu məlumatlar sizin üçün xeyli maraqlı ola bilər.

Əgər dünyanın bir ucundan digərinə qədər tunel qazmaq mümkün olsaydı və bir ucunda özümüzü boşluğa buraxsaydıq, 42 dəqiqə 12 saniyəyə qədər digər ucuna çatardıq.

Orta böyüklükdə bir topa buludunun ağırlığı təxminən 100 filin ağırlığına bərabərdir. Bəs o zaman o necə havada qalır? Alimlərin araşdırmasına görə, bunun səbəbi buludun içərisində milyardlarla mikro yağış damcılarının dağılmış vəziyyətdə olmasıdır. O damcılar o qədər balacadır ki, təxminən bir milyonunu bir yerə toplasaq bir yağış damcısı alınar.

Bəs barmağınız kəsilərkən niyə istər-istəməz onu ağzımıza salırıq, xəbəriniz var? Alimlər bunun da səbəbini müəyyən ediblər. İnsan tüpürcəyində olan "opiorfin” adı verilən maddə morfindən 6 dəfə daha təsirli ağrıkəsicidir.

Sadəcə ilanlar dəri dəyişdirmir. İnsanlar da həyatı boyunca təxminən 900dəfə bütün bədəninin dərisini dəyişir. Bu da təxminən 20-25 kiloqram dəri deməkdir.

Qandakı bir qırmızı qan hüceyrəsi 20 saniyə ərzində bütün bədəndə hərəkət edir.

Dünyada hər il təxminən 1 milyon irili-xırdalı zəlzələ olur.

Kosmonavtlar kosmosda gəyirə bilməz. Çünki mədədə olan qazı yeməklərdən ayıran yerin cazibə qüvvəsidir.

Təxminən 80 illik bir ömrü olan biri ömrü boyunca atdığı addımlarla dünyanın ətrafını 3 dəfə gəzə biləcək qədər bir məsafə qət etmiş olur.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 123
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri