Hazırda dünyanın ən varlı 5 şəxsi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 903
Səs ver:
(səs: 2)
Bill Gates
Sərvəti: $87,4 milyard
Yaşı: 60
Ölkə: ABŞ
Fəaliyyət sahəsi: Texnologiya
Gəlir mənbəyi: Microsoft
Bill Gates amerikalı sahibkar və ictimai xadim, xeyriyyəçi və Microsoft şirkətinin yaradıcılarından biridir (Poll Allen-lə birgə).

Amansio Orteqa
Sərvəti: $66,8 milyard
Yaşı: 79
Ölkə: İspaniya
Fəaliyyət sahəsi: pərakəndə satışlar
Gəlir mənbəyi: Inditex
Amansio Orteqa – sahibkar, Inditex şirkətinin yaradıcısı və eks-prezidentidir. Şirkət dünyanın 77 ölkəsində 5 min mağazaya sahibdir. Bundan başqa, Orteqa Florida, Madrid, London və Lissabonda daşınmaz əmlaka, qaz sənayesinə, turizm və banklara sərmayə yatırır.

Warren Buffet
Sərvəti: $60,7 milyard
Yaşı: 85
Ölkə: ABŞ
Fəaliyyət sahəsi: investisiyalar
Gəlir mənbəyi: Berkshire Hathaway
Warren Buffet – amerikalı sahibkar, dünyanın ən nəhəng və məşhur investorlarından biridir. O dünyanın ən varlı insanlarından biri olmaqla yanaşı, ABŞ-da ikinci ən varlı şəxs hesab olunur.

Ceff Bezos
Sərvəti: $56,6 milyard
Yaş 51
Ölkə: ABŞ
Fəaliyyət sahəsi: texnologiya
Gəlir mənbəyi: Amazon.com
Ceff Bezos Amazon şirkətinin rəhbəri və yaradıcısı, Blue Origin aerokosmik şirkətin və The Washington Post nəşriyyat evinin sahibidir.
Bezos 1994-cü ildə Amazon internet mağazasını yaratdıqda onun ilkin investisiyası 300 min dollar təşkil edirdi.
2000-ci ildən Ceff Bezos özəl kosmik gəmilərin yaradılması ilə məşğul olan Blue Origin layihəsini maliyyələşdirir. 2013-cü ildə isə 250 milyon dollara Amerikanın The Washington Post nəşrini əldə edir.

Çarlz və Devid Koch
Sərvəti: $46,8 milyard və $47,4 milyard
Yaşı: 80 və 75
Ölkə: ABŞ
Fəaliyyət sahəsi: investisiyalar
Gəlir mənbəyi: miras, Koch Industries
Çarlz Koch – amerikalı sahibkar-milyarder və xeyriyyəçi, Koch Industries şirkətinin CEO-su və idarəetmə sədri, həmsahibidir. Onun qardaşı Devid Koch da həmçinin şirkətin həmsahibi və icraçı vitse-prezidentdir. Qardaşlar biznesi atalarından, Fred Koch-dan miras olaraq əldə ediblər.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 903
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri