Dünyanın ən çox hərbiləşdirilmiş ölkəsi hansıdır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 124
Səs ver:
(səs: 2)
İpucu olaraq qeyd edək ki, bu nə ABŞ, nə Rusiya, nə İsrail, nə də Şimali Koreya deyil.

Dünyanın ən çox hərbiləşdirilmiş ölkəsi statusuna İsveçrə sahibdir. Bu ölkədə 20 yaşından 50 yaşına qədər kişilər hərbi qulluqçudur. Bundan əlavə, burada Cenevrədən tutumuş Davosa, Zürihdən tutumuş Luqano-ya qədər belə desək, başdan ayağa silahla təchiz olunub.

Qeyd edək ki, İsveçrə ordusu hərbi kadr strukturuna sahibdir və ölkədə təqribən 9000-ə yaxın hərbi kadr var. Bunun əsasını isə xüsusilə aviasiya təşkil edir. Burada əsgər ilk olaraq 90 günlük Rekrutenschule – Ecole de recrue hərbi məktəbə çağırılır. Bu müddət başa çatdıqdan sonra həmin əsgərə iki daraqla birgə şəxsi silah, ilin bütün fəsillərinə uyğun 3 ədəd forma komplekti, hərbi sursat, kaska və bronejilet verilir və evə yola salınır. Hərbi qulluqçu ona təhvil verilmiş hərbi ləvazimatları istədiyi kimi saxlaya bilər və onları heç kim yoxlamayacaq.

İsveçrə ordusunun özəlliyi zabitlərin – rezervistlərin gücləndirilmiş hazırlıq keçmələridir. Zabit olmağı arzulayan şəxslər əlavə toplamalardan keçir və hər bir mərhələ 100 gündən ibarətdir.

Bütün bunlarla yanaşı, 7,5 milyon əhaliyə sahib ölkənin hərbi büdcəsi təqribən 5 milyard dollar təşkil edir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri