Müəmmalı Şimali Koreya…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 684
Səs ver:
(səs: 1)
Daha çox Şimali Koreya kimi tanınan Koreya Xalq Demokratik Respublikası müasir dövrün ən “qapalı” və müəmmalı ölkələrindən biridir. Ölkəyə hətta turist olaraq belə daxil olmaq və çıxmaq heç də asan məsələ deyil. Şimali Koreyanın özünü beynəlxalq cəmiyyətdən bu formada təcrid etməsi ona olan marağı daha da artırır.

SuperCoolPics portalı Şimali Koreya haqqında belə desək “sirli” faktları təqdim etmişdir:

Şimali Koreya respublikasının rəsmi il hesablanmasına görə hazırda ölkə daxilində heç də 2015-ci il yox, 104-cü ildir. Ölkə təqvimi öz başlanğıcını Kim İr Sen-in doğulduğu tarixdən götürür.

Ölkədə marixuana qanunidir və hətta narkotik olaraq təsnif edilməyib.

Dünyanın ən iri tutumlu idman arenası olan “1 May stadionu” burada yerləşir və 150 000 insan tutumuna malikdir.

Şimali Koreyada 51 “sosial kateqoriya” mövcuddur və əhali “rejimə sadiqliyinə” görə qruplaşdırılır.

Ölkə Red Star OS adlı şəxsi əməliyyat sisteminə sahibdir.

Şimali Koreyada yalnızca hərbçilər və dövlət məmurları şəxsi nəqliyyat növünə sahib olmaq hüququna malikdirlər.

60 il ərzində 23 mindən çox Şimali koreyalı Cənubi Koreyaya qaçmışdır. Əks tərəfə isə bunu edənlərin sayı cəmi 2 nəfərdir.

Şimali Koreya artıq kommunist ölkəsi deyil. 2009-cu ildən başlayaraq dövlət siyasəti rəsmi olaraq “çuçxe” adlanır.

Ölkədə cins parçadan hazırlanmış geyimlər qadağan edilib.

Şimali Koreyalılar saç kəsimləri üçün yalnızca rəsmi olaraq təsdiq edilmiş 28 saç tərzindən birini seçə bilərlər.

Şimali Koreya dövlətinin yaradıcısı Kim İr Sen “Titanik” gəmisinin batdığı gün (15 aprel 1912-ci il) dünyaya gəlib.

1962-ci ildə 6 amerikalı əskər Şimali Koreya tərəfə keçmişdi. Onlar hələ də orada yaşayır.

Hər 5 ildən bir Şimali Koreyada seçkilər keçirilir. Lakin bülletenlərdə yalnız 1 namizədin adı qeyd edilir.

Şimali Koreya Cənubi Koreyaya təhdidlər yağdırmaq üçün faksdan istifadə edir.

Şimali Koreya vətəndaşları futbol üzrə 2014-cü il dünya çempionatını 24 saatlıq gecikmə ilə izləyirdilər.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 684
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri