Uşaq vaxtı nələr etməmişik ki?

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 2 267
Səs ver:
(səs: 0)


1- Limonad şüşəsini çalxalayıb fışqırtmaq

2- Hava qaralan kimi gizlənqaç oynamaq üçün bütün məhəllə uşaqlarının bir yerə toplanması

3- Velosiped sürərkən əlləri bura
xıb akrobatik hərəkətlər etmək və nəticədə yerə yapışmaq.

4- Mağazadan evə gələnə qədər çörəyin yarısını qoparıb yemək.

5- Məhəllədə topla oynayarkən top maşına dəyən kimi hərənin bir küncə qaçıb gizlənməsi

6- Pəncərədən-pəncərəyə uçaraq tarzanlıq etmək və qopan "karniz"ə görə Anadan ayaqqabı "yemək".

7- Soyuducunun işığının bağlı ikən də yanıb-yanmadığını görmək üçün aradan içəri baxmağa çalışmaq

8- Başımızı eyvandakı dəmirlərin arasına sıxışdırmaq.

9- Eyvanda gizlənib gələnə-keçənə əlimizə nə keçsə atmaq və ya nişa
n alıb tüpürmək

10- Yoldan axan suyun qabağına çör-çöpdən bənd qurmaq və ya axar suya çöpləri atıb, onları yarışdırmaq

11- Bağlara girib meyvə dərmək, sahibi gələn kimi də qaçmaq

12- Qızların ortada qaldı və ya 7 şüşə oyunlarına qoşulmaq və ya onların oyununu pozmaq

13- Qapılara dırmaşmaq

14- Anamızın bizi evə yemək yeməyə çağırması üçün saatlar sərf etməsinə səbəb olmaq


Siz daha nələr etmisiniz uşaqlıqda?

Redakte etdi: Pretty girl
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri