Dünyanı nə qorxudur?

Şərhlər: 3
Baxılıb: 1 628
Səs ver:
(səs: 0)
"İPSOS Mori" tədqiqat şirkəti tərəfindən "Dünyanı nə qorxudur?" başlıqlı araşdırma yayımlanıb.
Dünyanın bir neçə ölkəsindən sorğuya qatılanlara, "Sizi ən çox narahat edən nədir?" sualı ünvanlanıb.
Sorğuda 25 ölkədən 65 yaşa qədər olan insanlar onlayn iştirak edib. Türkiyə terrorizm qorxusunun ən çox yaşandığı ölkə olaraq diqqət çəkib.
Cavablarda hər ölkədə fərqli qorxular olduğu ortaya çıxıb. Terrorizm qorxusu Türkiyə ilə yanaşı, Fransa və ABŞ-da da ciddi narahatlıq səbəbidir. Bu göstərici Tükiyədə 76%-dir.
Türkiyəni 55%-lə Fransa, 45%-lə İsrail, 38%-lə Belçika və 35%-lə ABŞ izləyib.
Araşdırmada işsizlik qorxusunun İspaniyada çox olduğu göstərilib. Respondentlərin 74%-i bu qənaətdədir.

Sorğuda iştirak edən başlıca ölkələrin qorxuları üzrə statistikanı təqdim edirik:

İşsizlik qorxusu: İspaniya 74%, İtaliya 66%, Avstraliya 38%
Kasıblıq qorxusu: Rusiya 57%, Almaniya 45%, Yaponiya 39%
Şiddət qorxusu: Meksika 60%
Əxlaq pozğunluğu qorxusu: Çin 43%
Qaçqın qorxusu: İngiltərə 42%.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 628
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri