Belə olması daha yaxşıdır!

Müəllif: YalniZ-ArZu
Şərhlər: 7
Baxılıb: 1 431
Səs ver:
(səs: 0)
Qədim zamanlarda bir şah yaşayırdı. Onun yaxın bir dostu var idi. Həmin dostunun bir xasiyyəti var idi, hər nə olursa olsun, hər zaman: “Belə olması yaxşıdır!” deyərdi.
Günlərin birində şah ova çıxır və tüfəngləri dostu doldurur. Tüfənglərin birində yaranmış nasazlıq ucbatından atəş zamanı partalyışdan şahın baş barmağı kəsilir. Bunu görən dostu hər zaman olduğu kimi: “Belə olması yaxşıdır!” deyir.

Bu sözləri eşidən şah qəzəblənir: “Bunun harası yaxşıdır!!!” – və dostunu zindana atır. Bu hadisədən bir neçə il ötür və günlərin birində şay yenidən ova çıxır. Bu dəfə o ova tək çıxmaq istəyir, çünki onun ov edəcəyi ərazi ona təhlükəsiz gəlirdi. Lakin, ov zamanı onu adamyiyənlər tutur və öz kəndlərinə gətirirlər. Şahı ağaca bağlayıb, ətrafına odun səpirlər. Odunu yandırmaq üçün yaxınlaşanda, şahın baş barmağının olmadığını görüb onu açırlar. Çünki, onların inanclarına görə bədənində çatışmamazlıq olan insanın əti murdar sayılırdı.

Şah sevincək öz sarayına qayıdır, yadına dostu və dediyi sözlər düşür. Tez zindana gedərək dostunu tapır, ona başına gələn hadisəni danışaraq, dostunu türməyə atdığından utandığını və üzr istədiyini bildirir:
– Sən o zaman demişdin ki belə olması daha yaxşıdır, ancaq mən səni zindana basdım.
Dostu: – Belə olması daha yaxşıdır.
Şah: – Nəyi yaxşıdır? Sən bu zindanda çürüyürsən, bu yaxşı heç yaxşı ola bilər?
Dostu: – Şah sağ olsun, əgər siz məni o zaman zindana atmasa idiniz, bu gün sizin yerinizə məni yeyəcəkdilər. Odur ki, belə olması daha yaxşıdır.
Ümid edirəm hər biriniz bu hekayəni anlayıb ondan öz həyatınızda geniş istifadə edəcəksiniz. Hər zaman nə olursa olsun, bilin ki belə olması daha yaxşıdır.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 431
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri