Həyat-bal ilə zəhərin uyuşmasıdır.S.Apuley Həyat hərəkət deməkdir,su da axmadıqda iy verir.Aristotel. Sağlıqda xalqın sevimlisi və öldükdən sonra adı tarixin bəzəyi olmaq dünyada ən böyük saədətdir.M.f.Axundov Mübarizə həyat üçün şərtdir,mübarizə bitdikdə həyat yox olur.V.Q.Belinski Həyat ağır yük deyil,qanaddır,yaradıçılıq və fərəhdir,kim ki,onu ağır yükə çevirir,bunda o özü günahkardır.V.V.Veresayev
Həyatı qiymətləndirməyən adam yaşamağa layiq deyil.Leonardo da Vinçi Gənclik ona görə xoşbəxtdir ki,onun gələcəyi var.N.V.Qoqol Həyat irəliləyir,ona çata bilməyən tək qalır.M.Qorki Həyat sonsuzdur,öüm isə ani,buna görə də ondan qorxmaqa dəyməz.F.E.Dzerjinski Yaşamaq-mübarizədir,mübarizə etmək-yaşamaq.Urbani Dominik Qısa da olsa namusla,səmimiyyətlə keçən ömrü,uzun sürən,lakin eyib və yalanla keçən şərəfsiz ömürdən üstün tut.Epiktet Əgər ləyaqətli yaşamaq istəyirsənsə onda həyatda gözüaçıq ol,öz qüvvənə arxalan,zəhməti sev!A.Kunanbayev
Yaşamaq istəyirsənsə,irəliyə bax!.S.V.Mixalkov Göydə ol,yerdə ol,fərqi yox bunun, Torpaqsan,yenə də torpaqdır sonun. Nizami Həyat ötən günlər yox,yadda qalan günlərdir.P.A.Pavlenko Dünya-mehmanxana,sənsə bir qonaq, Əbədi deyil ki,şadsan da indi. Bir gün torpaq altda uyuyacaqsan
Zər-xara üstündə yatsan da indi.A.A.Rudəki Həyat nə tamaşa,nə də bayramdır,həyat-çətin dərsdir.Ç.Santayana Gənclik bir qızıldır,ömrün əlindən, Düşərək torpağa yox oldu birdən. Tapmaq həvəsilə həmin qızılı, Torpağı yuyuram köz yaşımla mən.Ə.Xəqani Elə yaşamalısan ki,öləndən sonra da ölməyəsən-həyatın məqsədi məhz bundan ibarətdir.M.Cəlil