Soyuq havada isinmek üçün 12 qeyri adi üsul...

Müəllif: aziz a
Şərhlər: 7
Baxılıb: 4 652
Səs ver:
(səs: 0)
Siz soyuqdan bezmisiniz və isinmək üçün müəyyən yollar axtarırsınız? Biz sizə isinmə üçün qeyri-adi 12 üsul təqdim edəcəyik.

1. Qələmin üsulu ilə. Qələmi götürürük və əllərimizin arasında (ovcumuzda) saxlayırıq. Və əlimizin içində fırlatmağa başlayırıq. Bildiyimiz kimi, ovcumuzun içində çoxlu bioloji nöqtələr var. Buna görə də qələmi götürürük və əllərimizin arasında hərəkət etdirərək, daxilimizdə alovu yandırırıq.

2. Şəkilin köməkliyi ilə. Aparılan araşdırmaya görə sevdiyiniz insanın şəklinə baxmaqla daxilinizi qızdıra bilərsiniz. Hələ intim fotolara baxmaq barəsində heç danışmaq istəmirik. O zaman nələr baş verdiyini artıq siz özünüz düşünün.

3. Bütün paltarı soyunmaqla. Sağ qalmaq üçün olan verlişlərə kim baxıbsa onlar bunu biləcək. Bir qrup insan qışın soyuğunda açıq havada qalan zaman, onlar bütün paltarlarını soyunurlar. Paltarların altında bir-birilərinə bərk-bərk sıxılırlar. Əgər paltarlardan bir az uzaq yanan alışqan qoysanız sizin çadırda hərarəti 21 dərəcəyə qədər qaldırmaq olar.

4. Qidaların sayəsində isinmək mümkündür. Bu üsul da çox işə yarayandır. Əsasən soyuq olan zaman çalışın yağlı qidalardan istifadə edəsiniz. Məsəl üçün balıq və ya ət qəbul edə bilərsiniz. Daxilən sizə daha isti olmasını istəyirsinizsə çörəyin üzərinə xardal sürtüb yeyə bilərsiniz.

5. İçki qəbul edin. Çox təəssüf ki, belə olan halda spirtli içki sizin köməyinizə gəlməyəcək. O sadəcə istiliyin illuziyasını yaradır. Alimlər bildirib ki, spirtli içki içib hərəkət etməyəcəksinizsə, sizə daha da soyuq olacaq. Amma isti çay sizin köməyiniz ola bilər. Yanına əlavə olaraq balda qoysanız hərarəti daha da artırmış olacaqsınız.

6. Nəfəs alın. Lazım olan havanı tam içəriyə çəkib, sonra yavaş-yavaş onu buraxmaqdır. Bunu etdiyiniz zaman çalışın ətrafınızda heç kim olmasın. Çünki bu səslərdən ətrafdakı fərqli bir şey anlaya bilər.

7. Dilinizin köməyi ilə. Yoqa ilə məşğul olanlar hər zaman qeyri-adi üsullar icad edirlər. Bu da onlardan biri. Dilinizi çıxararaq səmaya baxmaq lazımdır. Və dilinizin ucunu səmanın aşağı hissəsinə toxunmuş kimi görünüşü almalısınız. Bu həm sizin bədəninizi isidəcək, həm də deyilənə görə seksdə aldığınız həzzə bərabər bir hiss olacaq.

8. Biyabır olmaq. Həddindən artıq məşhur üsuldur, lakin çoxları bunu etmir. Sadəcə özünü biyabır etmək kifayətdir. Çünki ətrafındakıların sənə qarşı olan iradları səni daxilən qızdıracaq. Bu hal ilə havadan asılı olmayaraq yəqin ki, hər biriniz qarşılaşmısınız. Və daxilən gələn istilikdən də xəbərdarsınız.

9. İntim üsullarla. Siz bir məkandasınız və sizin hər ikinizə soyuqdur? Bir-birinizə yaxın oturun, öpüşün və sekslə məşğul olun. 25 dəqiqəlik seks, 50 dəqiqəlik fransız öpüşü idman zalında 30 dəqiqəlik məşqə bərabərdir.

10. Özünü inandırma. Bəli özünüzü istiyə inandırmaqla qızışa bilərsiniz. Təsəvvür edin ki, Afrikadasınız və ya başqa bir ölkədə. Bu sizə mütləq kömək olacaq.

11. Düzgün geyinin. Psixoloqların fikrincə insanlar narıncı, qırmız və ya sarı rəngli geyimlərdən istifadə edərsə o insana fizioloji isti olacaq. Məncə bunu yoxlamağa dəyər.

12. Çoxlu gülün. Siz və sizin komandanız üşüyür? O zaman çoxlu gülün. Müəyyən oyunların oynayın. Təki həmin hadisələr gülüş doğursun. Alimlərin fikrincə gülüş orqazma bərabərdir. Orqazmın da hər növü insan bədəninə istilik verir.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 652
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri