Mən sənin səndə mənim olarsanı?

Şərhlər: 5
Baxılıb: 2 330
Səs ver:
(səs: 0)
Əlimi tutarkən ürəyimdə qopan fırtınanı duyan olarsanmı? Sevdiyim tərəfindən sevilən olmaq istəyirəm...Səni bərk-bərk qucaqlayıb pıçıltı ilə qulağına "Mən səni sevirəm" deyəndə, "Mən də səni sevirəm" deyən olarsanmı? Hər zaman yanımda hiss etmək istəyirəm səni....Hər zaman məndə olmağını istəyirəm...Bir ömür ürəyimdə bağlı qalan olarsanmı? Hər dəfə baxışdıqda gözümdə hər dəfə eyni şiddətdə olan qığılcımı görən olarsanmı? Bizə qarşı olanlarla sən ve mən ayrı-ayrılıqda yox, sevgimiz mübarizə aparsın istəyirəm... Mənə belə bir sevgi verən olarsanmı? Utanmaqdan qızarmış yanaqlarıma ovcunun içi ilə toxunaraq, yanağımdan öpmək isteyen olarsanmı? Başını sinəm üstə qoyaraq qəlbimin səsini dinləyən olarsanmı? Sevgimizin və mənim qarşımda diz çöküb "həyatımın qalan hissəni səninlə bölüşüm" desən, həyatımızın qalan hissəsini mənimlə birlikde bölüşenim olarsanmı? Hər gün yuxu görürəm... Bəzən səni də görürəm... Hər gün yuxumu bəzəyən sevdiyim olarsanmı? Yuxusuz gecələrimdə səmada yan-yana iki ulduz görürəm, biri mən olsam, digəri sen olarsanmı? Bütün bu dediklərimi dildə deyil, ürəkdən dediyimi hiss edən olarsanmı? Bütün bu istəklərimi istəyən olarsanmı? İndi nə deyirsən, sevdiyim? Men senin, sen de menim olarsanmı?
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri