Keyfiyyətsiz eynəklər gözümüzü necə məhv edir?

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 5 283
Səs ver:
(səs: 0)
Ha­va­la­rın isin­mə­si ilə gün ey­nək­lə­ri­nə tə­lə­bat da ar­tır. Ar­tıq hər ad­dım­ba­şı gün ey­nək­lə­ri­nin açıq şə­kil­də və ya ma­ğa­za­lar­da sa­tı­şı­na rast gə­lir­sən. Da­ya­na­caq­da, met­ro­da, kü­çə­də, op­tik və ya ak­se­su­ar ma­ğa­za­la­rın­da fərq­li di­zay­na, qiy­mə­tə və key­fiy­yə­tə ma­lik gün ey­nək­lə­ri tək­lif olu­nur. Am­ma ək­sə­riy­yə­ti­miz bu ey­nək­lə­rin key­fiy­yə­ti ba­rə­də mə­lu­mat­lı de­yi­lik.

Azad İs­teh­lak­çı­lar Bir­li­yi­nin səd­ri Ey­yub Hü­sey­nov əha­li­ni öl­kə­də sa­tı­lan gün ey­nək­lə­ri­ni ta­xıb göz­lə­ri­ni kor et­mə­mə­yə ça­ğı­rır: “Ey­nək ye­mə­li de­yil ki, is­teh­lak­çı da­dı­nı hiss et­sin. Ta­xır gö­zü­nə, gö­zü­nü kor edir. Heç gö­zü­nün nə­dən xa­rab ol­du­ğun­dan xə­bə­ri be­lə ol­mur. Ba­zar­da ək­sər ey­nək­lər key­fiy­yət­siz ol­sa da, əha­li bu­nu ayı­ra bil­mə­di­yin­dən bi­zə şi­ka­yət də et­mir”.

AİB səd­ri əmək­da­şı­mız­la söh­bə­tin­də vur­ğu­la­yıb ki, brend, key­fiy­yət­li ey­nək­lə­rin öz­lə­ri­nin test­lə­ri var: “Mi­sal üçün, po­la­ro­id ey­nə­yi sa­tan adam gə­rək onun tes­ti­ni də alı­cı­ya təq­dim et­sin. Onu alan adam ey­nə­yi gö­zü­nə ta­xa­raq xü­su­si tes­tə bax­dıq­da ey­nə­yin pa­la­ro­id olub-ol­ma­ma­sı­nı mü­əy­yən edir”.

Onun de­di­yi­nə gö­rə, Azər­bay­can­da ey­nək tax­maq mə­də­niy­yə­ti əca­ib for­ma­da­dır: “Qı­şın gü­nü qa­dın­lar, xü­su­sən sü­kan ar­xa­sı­na otu­ran ki­mi göz­lə­ri­nə gün ey­nək­lə­ri ta­xır­lar. Qa­ran­lıq ha­va­lar­da da, yer­li-yer­siz göz­lə­ri­nə ey­nək ta­xır­lar. Bu­nu edər­kən sağ­lam­lıq­la­rı­na vur­du­ğu zər­bə­dən bi­xə­bər­dir­lər”.

Hü­sey­nov bil­di­rib ki, ba­zar sax­ta, key­fiy­yət­siz ey­nək­lər­lə do­lu­dur: “Gün ey­nək­lə­ri­nin sa­tı­şı­na nə­za­rət ol­ma­lı­dır. Ey­nək al­dıq­da alı­cı­lar sa­tı­cı­dan ey­nə­yin ser­ti­fi­ka­tı­nı tə­ləb et­sin­lər. Har­da is­teh­sal olun­ma­sı, qiy­mə­ti­lə bağ­lı sə­nəd­lə­rə bax­sın­lar” de­yən həm­söh­bə­ti­miz əla­və edib ki, ori­ji­nal ey­nək­lə­rin qiy­mə­ti 200 ma­nat­dan baş­la­yır: “Ba­xır han­sı öl­kə­nin is­teh­sa­lı­dır. İta­li­ya­da, Por­tu­qa­li­ya­da da ucuz ey­nək­lə­rin sa­tıl­dı­ğı­nı gör­mü­şəm. Bu­nu in­san­lar ayırd edə bil­mə­di­yi üçün hər cür qiy­mət­də sax­ta ey­nək tap­maq olar. Am­ma Por­tu­qa­li­ya, Cə­nu­bi Af­ri­ka, Avs­tra­li­ya, İta­li­ya ki­mi in­ki­şaf et­miş öl­kə­lər­də gün ey­nək­lə­ri yal­nız çi­mər­lik­lər­də sa­tı­lır. Am­ma Azər­bay­can­da gün ey­nək­lə­ri­nin şə­hə­rin ha­ra­sın­da gəl­di, ne­cə gəl­di, hər qiy­mə­tə sa­tıl­dı­ğı­nı gör­mək olur. Key­fiy­yət­siz gün ey­nək­lə­ri bi­zi qo­ru­mur, gö­zü­mü­zü, si­fə­ti­mi­zi kor­la­yır. Əha­li bil­mə­li­dir ki, hə­kim­lər tə­rə­fin­dən göz­də mü­əy­yən müa­yi­nə apa­rıl­dıq­dan son­ra gün ey­nək­lə­ri tə­yin edil­mə­li­dir. Alı­cı öz hü­quq­la­rı­nı bil­mə­li­dir”.

Onun söz­lə­ri­nə gö­rə, Azər­bay­ca­na Çin, Du­bay, Hin­dis­tan, Tür­ki­yə və İran­dan gə­ti­ri­lən gün ey­nək­lə­ri­nin 80 fai­zi stan­dart­la­ra ca­vab ver­mə­yən plas­tik ey­nək­lər­dir, gö­zə zi­yan­dır: “Ori­ji­nal ey­nək­lə­rin qiy­mə­ti ba­ha ol­du­ğun­dan ala bil­mə­yən­lə­rə gün ey­nə­yi heç tax­ma­ma­ğı məs­lə­hət gö­rü­rəm. Qa­ra ey­nək tax­maq ağıl­sız­lıq­dır. Mən özüm heç vaxt ey­nək tax­mı­ram. 100 fa­iz gör­mə qa­bi­liy­yə­tim var”.

Qeyd edək ki, par­laq gü­nəş şüa­la­rı­nın al­tın­da key­fiy­yət­siz gün ey­nək­lə­ri gör­mə qa­bi­liy­yə­ti­nə mən­fi tə­sir gös­tə­rir, gör­mə or­qan­la­rı­nın zə­də­lən­mə­si­nə də gə­ti­rib çı­xa­rır. Əsa­sən də yaş­lı in­san­lar üçün be­lə ey­nək­lə­ri tax­maq ol­maz. Yaş­lı in­san­lar­da gö­zü mü­da­fiə edən me­la­ni­nin piq­ment­lə­ri azal­dı­ğı üçün key­fiy­yət­siz ey­nək tax­maq ol­duq­ca təh­lü­kə­li­dir.

Gün ey­nək­lə­ri­nin sa­tı­şı ilə məş­ğul olan Gü­nay Rza­ye­va­nın bil­dir­di­yi­nə gö­rə, yay­da, xü­su­si­lə də də­niz­kə­na­rın­da ey­nək­siz ke­çin­mək müm­kün de­yil: “Ha­va­lar is­ti­lə­şən ki­mi ey­nək sa­tı­şı baş­la­yır. Ha­mı da bi­lir ki, gün ey­nək­lə­ri­nin key­fiy­yə­ti qiy­mə­tin­dən ası­lı­dır. Bu gün 2-3 ma­nat­dan ba­şa­la­yan göz­lü­yü plas­mast olan ey­nək­lər də var, 100 ma­nat­dan baş­la­yan ey­nək­lər də. Ək­sər alı­cı­lar ci­bi­nə mü­va­fiq ola­raq üz qu­ru­lu­şu­na ya­ra­şan və son dəb mo­del­də olan ey­nək al­ma­ğa üs­tün­lük ve­rir­lər. Ey­nə­yin ser­ti­fi­ka­tı­nı tə­ləb edən­lər­sə ol­mur”.

G.Rza­ye­va qeyd edib ki, gün ey­nə­yi­nin key­fiy­yə­ti­nə əmin ol­maq üçün brend gün ey­nək­lə­ri al­maq la­zım­dır: “Brend adı­nı qo­ru­maq üçün sağ­lam­lıq üçün təh­lü­kə­li olan ma­lı is­teh­sal et­mir, sa­tı­şa bu­rax­mır. Key­fiy­yət­li gün ey­nək­lə­ri gö­zəl və dəb­li gö­rü­nü­şü ilə ya­na­şı, göz­lə­ri­mi­zi qo­ru­yur, gör­dü­yü­müz təs­vir­lər də­qiq olur. Də­niz­kə­na­rın­da is­ti­ra­hət üçün po­la­ro­id­li ey­nək­lər da­ha uy­ğun­dur. Bu cür ey­nək­lər gü­nəş şüa­la­rın­dan qo­ru­maq­la ya­na­şı su­dan dü­şən işıl­tı­la­rın ey­nə­yin şü­şə­sin­də əks olun­ma­sı­nın qar­şı­sı­nı ala­caq. Qış tu­riz­mi üçün şü­şə­si ay­na ef­fek­ti ve­rən boz və ya qəh­və­yi gün ey­nək­lə­ri məs­lə­hət­dir. İşıq­lan­dı­rıl­ma­dan ası­lı ola­raq şü­şə­si­nin rən­gi də­yi­şən “bu­qə­mul” ef­fekt­li ey­nək­lər də göz­lə­rin ra­hat­lı­ğı üçün ef­fekt­li­dir” de­yən sa­tı­cı əla­və edib ki, key­fiy­yət­li ey­nək­lər­də be­lə düz gü­nə­şə bax­maq məs­lə­hət de­yil
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 5 283
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri