Söndürsəniz belə enerji sərf edən cihazlar - İsrafa son

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 368
Səs ver:
(səs: 1)
Əgər sizə elektrik enerji borcu çox gəlirsə, deməli diqqətə almağa dəyər.

Evdə işlədilən elektrik-məişət əşyalarının düyməsindən söndürdükdə elektrik işlətdiyini bilirdinizmi?

Bilməyənlər üçün qeyd edək ki, elektrik xəttindən ayrılmayan cihazlar işıq pulunun daha çox gəlməsinə səbəb olur.

Elektrik xəttindən ayrılmayanacan enerji sərf edən cihazları təqdim edirik...

Adapter

Telefonunuzun batareyasını doldurmaq üçün istifadə etdiyiniz adapteri elektrik xəttindən ayırmasanız pul yazacaq. Sadəcə olaraq gücü az olduğundan az enerji xərcləyir.

Televiziya ötürücüsü

Pultdan söndürsəniz belə TV ötürücüləri işləyir.Bu, maya dəyəri 5 dəfə artırır.

Televiziya

“Power” düyməsinə basıb söndürməniz sadəcə olaraq TV-ni gözləmə rejiminə keçirir. İldə təxminən 40 manat itirmək deməkdir.

Kompüter və noutbuklar

Ekranlarını bağlasanız belə kompüterlər işləməyə davam edir və çox enerji sərf edir. Halbuki elektrikdən ayırdıqda 100 manatadək qənaət deməkdir.

Zamanlayıcısı olan cihazlar

Zamanlayıcısı açıq olan elektrikli cihazlar enerji sərf edir. İlə təxminən 100 manatdan çox qənaət etmək deməkdir.

Cərəyana taxılı elektrik uzadıcıları

Elektrik yuvasına taxılı uzadıcılar enerji sərf edirlər. Elektrik naqillərində olan qısaqapanma cihazların yanmasına səbəb ola bilər.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 368
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri