DİQQƏT!!! Ağcaqanadlar bizi bu qurda yoluxdura bilir

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1 468
Səs ver:
(səs: 1)
Yay aylarında ən yayılmış problemlərdən biri ağcaqanadlardır. Adətən biz ağcaqanadı zəhlətökən, ancaq ziyansız həşərat hesab edirik.
Lakin bu heç də belə deyil. Aqcaqanadlar bizi çox təhlükəli qurdlara yoluxdura bilər.
Bu qurdlardan biri dirofilyariya qurdudur.
İnsanlardan əlavə ağcaqanadlar həmçinin heyvanların da (it, pişik, siçovul və s.) qanını sovurur. Heyvanlarda tez-tez dirofilyariya qurdu olur. Bu qurdu olan heyvanın qanını içən ağcaqanaq daha sonra insanı dişləsə qurdun sürfələri insanın qanına düşə bilər və sonra orqanizm boyu yayıla bilər. Bir çox hallarda qurd insanın dərisinin altında inkişaf etməyə başlayır və ağcaqanad dişləməsindən bir neçə ay sonra burada burulmuş sap formasında olan qeyri-adi şişkinlik yaranır.
Qurdu dərinin altından çıxartmaq üçün kiçik cərrahi əməliyyat aparılır.
Dirofilyariyalar bəzən qan axını ilə insanın digər orqanlarına (ağciyərinin, ürəyinin içinə) düşə bilər. Bu çox təhlükəlidir və ciddi pozulmalara səbəb ola bilər.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri