“BALACA ŞAHZADƏ” ƏSƏRİ HAQQINDA AZ BİLİNƏN 10 FAKT

Müəllif: YalniZ-ArZu
Şərhlər: 0
Baxılıb: 2 287
Səs ver:
(səs: 0)
Fransız yazıçısı Antuant de Sent-Ekzüperinin Balaca Şahzadə əsərini hamı oxumasa da, bu barədə hamı eşidib və əsərin qəhrəmanı ilə tanışdır desək, yəqin ki, yanılmarıq. Bu kitab dünya ədəbiyyatında ən əhəmiyyətli əsərlərdən biri hesab olunmaqla yanaşı, hər yaşda olan insanların nəsə tapa biləcəyi, özü üçün yeni bir şey kəşf edə biləcəyi sehrli kitab kimidir. Bu maraqlı əsər haqqında az bilinən maraqlı 10 faktı toplayaraq sizə təqdim edirik.

1. Müqəddəs kitablar və Kapital-dan sonra dünyada ən çox dilə tərcümə edilmiş və satılmış kitabdır. Hər il təxminən iki milyon nüsxəsi satılır və indiyə qədər satılan kitabların sayı 1440-milyonu keçib. Dünyada ümumilikdə 250 dil və ləhcəyə tərcümə edilib.

2. Kitab indiki vəziyyətinə gəlmədən əvvəl, 1000 səhifəlik bir əsər idi. Saint-Exupéry’nin bu əsəri qısaltmağı haqqında deyildiyi düşünülən söz belədir: Mükəmməlliyə yazıya əlavə edəcək bir şey qalmadığında deyil, yazıdan çıxarmalı bir şey qalmadığında çatmaq olur.

3. Kitabdakı bütün rəsmlər yazıçıya aiddir və sulu boya ilə çəkilmişdir.

4. Kitab Nyu-Yorkda bir mehmanxana otağında yazılıb və ilk dəfə 1943-cü ildə çapa verilmişdir.

5. Kitabda Saint-Exupéry’nin həyatına aid bir çox şey öz əksini tapdığı iddia edilir. Kitabdakı gül onun həyat yoldaşı Consuleo’nu, planetlərin hər biri müxtəlif ölkələri və 2-ci Dünya müharibəsinin dəyişdirməkdə olduğu dünyaya da yer verildiyi düşünülür. Kitabın kuliminasiya nöqtəsi ilan çöl isə Saint-Exupéry’nin 1935-ci ildə uçuşu əsnasında düşdüyü və bir yolla xilas olmağı bacardığı Səhra Çölüdür.

6. Yazıçının əsrarəngiz ölümü və 65 il sonrakı etiraf – Dünya Müharibəsi əsnasında vəzifəsi gərəyilə 1944-cü ildə Aralıq dənizi səmalarına havaya qalxan yazıçıdan bir də xəbər almaq mümkün olmadı. 1988-ci ildə marselli bir balıqçı ona aid bir qolbağı tapdı və 2004-cü ildə yenə Marsel sahillərində aparılan araşdırmalar nəticəsində onun təyyarəsinin qalıntıları tapıldı. Ölümündən 65 il sonra alman pilotu Hors Rippert yazıçının təyyarəsinin vurduğunu etiraf edir və “içində kim olduğunu bilsəydim atəş etməzdim,” deyir.

7. Asteroid B-612 – Balaca Şahzadənin yaşadığı planetin adı 1993-cü ildə kəşf edilən 46610 nömrəli asteroidə verilib. 46610 rəqəmi kompüter mühəndislərinin tez-tez istifadə etdiyi on altılıq say sistemində (hexademical) B-612-yə (fr.besixdouze) uyğun gəlir.

8. 50 Frank – Fransa euro’ya keçməmişdən əvvəl 50 frankların üzərində Balaca Şahzadə və Saint-Exupéry’nin rəsmləri əks olunmuşdu.

9. Yaponiyanın Hakone adlı şəhərində Balaca Şahzadə adlı muzey var. Bundan əlavə, Cənubi Koreyanın Gyeonggi-do əyalətində bu əsərin mövzusunda bir kənd mövcuddur. Muzey və kənd turistlərin ən çox getdiyi məkanlardandır. 2000-ci ildə yazıçının doğulduğu və yaşadığı Lyon şəhərindəki bir hava limanına onun adı verilmişdir.

10. Fil udmuş ilan, yoxsa papaq? Hər kəs üçün fərqli cavabı olan bir sual.
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 287
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri