YALANÇI VƏ EVLI

Müəllif: BARBI
Şərhlər: 1
Baxılıb: 2 784
Səs ver:
(səs: 1)

Soyuq bir qış günü idi və yerlər ağappaqdı.Birbirimizi görüncə ürəyimizi elə bir istilik bürüdü ki ikimiz də eşq atəşiylə yanırdıq.Günlər bir-birini qovur saatlar elə gözəl keçirdi ki, zamanın fərqinə belə varmırdıq.Bu gözəllik onun məndən saxladığı o böyük yalanı öyrənənə qədər davam etti.Bəli  o evli idi ... Və də uşağı vardı. Məndən bunu gizlətmisdi. Öyrəndiyim o an dünyam başıma yıxıldı.Qelbimdeki sancini təsvir edə bilmirdim. Göz yaşlarım sel olmuş axırdı .Gettim ondan uzaqlaşdım. Arxama belə baxmadım. Deyilən yalanları özümə yarastırmırdı m. Amma o məndən  əl  çəkmirdi . Çox döyüşdü yenidən birlikdə olmaq üçün. Ailəmə qəbul etdirməyi bacardım və yenidən başladıq. O yoldaşından ayrılmışdı. Daha da baglandiq bir birimizə . İrəliyə istiqamətli planlar edirdik.Xeyallar qururdum. Evlilik fikirini ailəmə də izah etmişdim. 'Xoşbəxt olacağına inanırsansa sən istədiyini et dedilər. Xoşbəxtdim. O kiçik ürəyim 'Pıt Pıt' atırdı. Amma yenə tərs gedən bir şeylər vardı. O yenə dəyişmişdi və məndən uzaqlaşırdı. Buna dözə bilməyib bitməsi lazım olduğunu söylədim ona. Tərəddüdsüz qəbul etdi. Telefonlara cavab vermir məni axtarmirdi. Ad günündə onu axtardım. Amma telefona çıxan bir qadın idi. Yenə yıxıldım. Öyrəndim ki məndən ayrıldığı müddət içində ikinci dəfə evlənmişdi. Üstəlik də ondan da qısa müddət içində ayrılmış katibəsi ilə sevgili olmusdu. Yaşadıqlarıma inana bilmirdim. Bu vəziyyəti birdə ailəmə izah etmək idi. Nəysə ki onlar çox yetkin davrandılar. Amma mən hələ o yalançı insanı düşünürdüm. Aradan altı ay keçdi özümü güc-bəla toparlamıştım. Bir gün mənə zəng etdi.

Məni sevdiyini unuda bilmədiyi hər şeyi unudub yenidən başlayabilb əcəyimizi söylədi. O anda içimdəki böyük sevgi nifrətə çevrildi. Və onu rədd etdim. İndi ayrılığımızın yeddinci ayındayıq onu unutmadım. Həyatıma kimsə yoxdu. Kişilərdən həmişə qorxdum. Yenə eyni şeyləri yaşamaq yenə eyni ağrıları çəkməkdən qorxdum. Bilirəm ki həyatımda kimsə olmayacaq. Çünki o məni bu gənc yaşımda həyata küstürdü torpağa basdırdı. Ona son sözüm bu: Mənə bunları yaşatdığın üçün həyatın boyunca səndə xoşbəxt olma.

 

SIZE TEK ARZUM HEC VAXT BELE INSANLAR QARSINIZA CIXMASIN.

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 784
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri