Birini tanıyarsınız

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 463
Səs ver:
(səs: 1)
Birini tanıyarsınız, elə rahat, ağır bir həyatı vardır ki; enerjiyə həsrət qalarsınız. Digərini tanıyarsınız; əksinə elə enerji dolu, hərəkətli və müsbətdir ki; budur! dediyiniz anda cəsarətsiz olduğunun fərqinə vararsınız. Of ! onun cəsarəti bunda, bunun enerjisi onda olsa, nə gözəl olardı deyə xəyal qurarsınız. Amma olmaz təbii ki…

Birini tanıyarsınız; danışmağa həsrət qalarsınız. Qarşınızda saatlarla susa biləcək, danışmağı sevməyən,paylaşmaqdan yana olmayan, ruhunuzu qəfəsləyən bir çox xüsusiyyətlə qarşılaşarsınız. Digərini tanıyarsınız; elə çox danışar ki;ağzınızı açmağınıza fürsət verməz, sözünüzü tamamlama şansına əsla nail ola bilməzsiniz. Bu səfər də onun sakinliyindən bir az bunda, bunun danışma istəyindən də bir az onda olsaymış deyərsiniz. Amma yenə olmaz təbii ki.

Birini tanıyarsınız; qaydaçılığı, hər şeyi müəyyən bir nizama görə yaşamağı və intizamlı həyatı ,elə darıxdırıcı gəlir ki; "yox bu qədərinə dözə bilmərəm deyər", qaçarsınız. Digərini tanıyarsınız; çox rahat rəftarları, məsuliyyətsiz halları, gedişata görə dəyişən planları elə bir bezdirər ki; yenə "bunun rahatlığından bir parça onda, onun məsuliyyət duyğusundan böyük bir parça da bunda olsaymış " deyərsiniz. Olarmı? Olmaz təbii ki.

Birini tanıyarsınız elə yoldaşcanlı, elə yaxşısıdır ki; "ətrafa yaxşı olmaq əvəzinə əvvəl mənlə maraqlansaydı" deyərsiniz. Digərini tanıyarsınız; iki şəxsiyyət, eqoist birlikləri öyrənərsiniz. İnsanlarla ünsiyyəti orta, ictimai fəaliyyətlərə qatılmağı və qatmağı sevməyən, yalnız "ikimiz ikimiz" bir həyat yaşamaq istəyən bu model yenə bir əvvəlkini axtartdırar, çaşarsınız.

Yəni deməyimm odur ki; insanları tanıdıqca zamanla "mükəmməl" insan olmadığını anlar, "olduğu kimi" qəbul etməyi öyrənərsən. Öyrənə bilməsəniz də siz bilərsiniz. Çünki hər insan fərqli mədəniyyətlərlə yetişir, fərqli ana-atanın təlimləriylə böyüyər, müəyyən bir zamandan sonra da öz qaydalarını meydana gətirər.

Mümkün deyil "hər mövzuda həm fikirik" deyə bilmək. Romantik əlaqələrində, ictimai əlaqələrində təbiətinə ziddir davamlı "mən də elə düşünürəm" demək. Onsuz da belə qüsursuz münasibətlərdə bir zaman sonra çətinlik verəcək.
Düşünün: sizin eyniniz bir olan model qarşınızdadır. Nə mənası qaldı? Mən onsuz da məni tanıyır və bilirəm. Qarşımdakı da bəzi mövzularda tam ziddim olmasa belə fərqli düşüncələrə sahib olacaq ki, danışa bilək, fikir alveri edə bilək və ən əhəmiyyətlisi PAYLAŞA BİLƏK.

Xülasə

Qüsursuz dost axtaran dostsuz, qüsursuz yoldaş axtaran da bənzərsiz qalar. Nə vaxt ki inadlaşmağı və davamlı tənqid edici, qüsur axtarıcı baxışları azaldacayıq, o zaman dünya daha yaşana biləsi bir yer halına gələcək.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 463
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri