Yeni ana olanların məzəli anları

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 2 092
Səs ver:
(səs: 0)
Ana olduqdan sonra qadınların bədənində olduğu kimi, dünyagörüş və fikirlərində də dəyişikliklər baş verir. Fərqli düşünməyə başlayırlar və bu vəziyyət onların əfrafına, çevrələrindəki insanlara da təsir edir. Analıq gözəl bir duyğudur. Lakin bunun əsəbi, gərgin tərəfləri də var. Qadınla.com qadınların uşaq dünyaya gətirdikdən sonra beyinlərində dolaşan fikirlərlə sizi tanış edir. Yəqin ki, ana olanlara tanış gələcək.
Süddən söhbət düşdükdə, mövzu köhnə küçədəki süd satan olsa da, "əmizdirmə" mövzusuna girmək və bu mövzuda danışmaq.
Bir restoranda sezar salatı sifarişi verərkən, hətta təsadüfən köhnə Roma imperatoru Yuli Sezarın adı çəkildikdə, söhbəti qeysəriyyə əməliyyatına gətirmək və oradan normal doğuşa keçmək.
Qaranquşlar pəncərəyə yumurta qoyduqda belə, hamiləlik xatirələrini yada salmaq və heç kim dinləmək istəməsə də, israrla danışmaq.
Biri dişinin ağrıdığını, diş çəkdirdiyini, plomb qoyduracağını dedikdə, uşağının diş çıxarması barədə söz açmaq.
Qarşısındakı insanın dili sürşüb hər hansı söz ağzından məzəli çıxdıqda, uşağının deyə bilmədiyi sözləri bir-bir yada salıb, yüksək səslə xatırlamaq.
Üçüncü şəxs haqqında “daş ürəkli insan” deyə bəhs edildiyi zaman, ağlına “bərk qidalar” gəlməsinə mane ola bilməmək və maraqlanan olmasa da, mövzuyla əlaqədar bütün təcrübələrini bölüşmək.
“Təbii qatıq”, “təbii yumurta”dan söhbət düşdükdə, özünü “təbii doğuş”dan danışarkən tapmaq.
“Hamilə” sözü işləndikdə hamiləliklə bağlı bütün təcrübəsini bölüşmək.
“Təhsil şərtdir” sözünü eşitdikdə uşaq inkişafı ilə bağlı oxuduğu bütün elmi ədəbiyyatlardan sitat gətirmək.
Kafedə biri turşulu içki sifariş etdikdən sonra fol turşusu haqqında danışmamaq üçün özünü saxlaya bilməmək.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 092
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri