Yuxusuzluq beyni 5 il qocaldır!!!

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 2 845
Səs ver:
(səs: 0)
Məlumata görə bəzi tədqiqatlarsübut edib ki, yuxusuzluq problemi olanlarda beyin funksiyaları tez qocalır. ABŞ-da aparılan tədqiqatda isəyaş ortalaması 76 olan 2820 adam iştirak edib.Araşdırmada, yalnız bir gecə belə yuxusuz qalmanın beyində, başa alınan zərbəyə bənzər dəyişikliklərə gətirib çıxardığı məlum olmuşdur.Bəzi elm adamlarının fikrincə bu cür xəstəliklərdən əziyyət çəkənlərdə 3 ildə beyin fəaliyyətləri azalmağa başlayır,yaddaş itkisi və konsentrasiya əskikliyi olur.Bu baxımdan beynin funksiyasının yaxşılaşmasında, yuxu saatı qədər yuxu keyfiyyəti də lazımdır. Yuxuda anabolizm proseslərinin səviyyəsi artır, katabolizm isə enir.Yuxu pozğunluğunda yuxuya getməmək, yuxusuzluq, səhər erkən saatda oyanmaq və s. hallar olur. Yuxusuzluğun ən çox bilinən növü psixofizioloji yuxusuzluqdur.Bu xəstəlik bütün yuxu xəstəliklərinin əlaməti olaraq ortaya çıxa bilir. Demək olar ki yuxusuzluq beyin fəaliyyətində 50 faizə qədər azalma təmin edir və beyin funksiyalarını 5 ilə qədər yaşlandırır. Yuxuda beynin özünü zəhərli maddələrdən təmizlədiyini vurğulayan elm adamları, gecə yuxusunun keyfiyyətinin beyin sağlığında önəmli olduğunu vurğulamışlar.Tədqiqatın nəticələri "Sleep" jurnalında dərc olunub.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri