Heminquey haqqında maraqlı faktlar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 067
Səs ver:
(səs: 3)
21 iyulda Ernest Heminqueyin ad günüdür. Bunun üçün onun haqqında bəzi faktları paylaşmaq istəyirəm.

* Viktor Hill təkidlə Heminqueyi izləyir, ondan avtoqraf almaq istəyir. Çox saylı izləmələrdən sonra nəhayət ki, Heminquey razılaşır və cildin iç hissəsinə yazır: Viktor Hillə, "yox" sözünü hec cürə başa düşməyən it oğlu itə.

* Heminquey öz sevimli silahı olan Vincenzo Bernardellidən atəş açaraq intihar edib. O gündən bu silahın adı "Heminquey" adlanır.

* Heminqueyin sevimli içkisi Moxito və Daykir olub.

* Heminqueyin sevimli pişiyi Snowbol ("Qar topu") altı barmaqlı olduğundan hazırda yazıçının ev muzeyində "Ki Uest" Heminquey pişiklərinin hazırkı altibarmaqli nəslini görmək mümkündür.

* 2011- ci ildə Qreyq Magdonaldin "Heminqueyi öldürmək" adlı kitab yazıb. Kitabda yazıçının ölümü basqa versiyada təqdim edilir.

* Bir gün Heminquey mərcə gəlir ki, 6 sözdən (ingiliscə) ibarət hekayə yaza bilər və bu digər yazdığı əsərlərdən daha təsirli ola bilər. Beləliklə o mərci uddu. "Bir cüt uşaq ayaqqabısı satılır. Geyinilməyib." Tarixə ən qısa hekayə olaraq düşüb.

* Qadınların sevimlisi Heminquey dörd dəfə evli olub və tez-tez aşiq olurmuş.

* Heminquey bir neçə fiziki xəstəliklərdən, o cümlədən şəkərli diabet və hipertoniyadan əziyyət çəkirdi. Həkimlər onu psixotriyanin şərtləri əsasında müalicə edirdilər. Müalicə zamanı elektoşok da istifadə edilib. 13 seansliq elejtroşok müalicəsindən sonra yazıçı yaddaşını və yazmaq bacarığını itirir. Müəllif qeyd edir: "Mənə elektroşok tətbiq edən həkimlər yazıçıları başa düşmürlər. Bütün psixiatrlar bədii əsər yazmağı bacarsaydılar biz yazıçıları az da olsa anlaya bilərdilər. Beynimi məhv etməyin, tək kapitalım, qazanc mənbəyim olan yaddaşımı silməyin və adi həyat yaşamağa yönəltməyin nə mənası vardı ki.

* Mayo psixiatrik klinikadan buraxıldıqdan bir neçə gün sonra 1961-ci il 2 iyul tarixində Ketcumdaki evində hec bir qeyd yazmadan, özevimli silahı ilə intihar etdi.
(səs: 3)
Şərhlər: 3
Baxılıb: 2 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri