QizilGül

Şərhlər: 7
Baxılıb: 3 177
Səs ver:
(səs: 0)
Qızılgül — dekorativ çiçək yetişdirmədə gülçiçəklilər fəsiləsinin itburnu cinsinə aid mədəni bitki növlərinin qəbul olunmuş adı.

Qızılgülün kök sistemi milvaridir və torpağın 5 m dərinliyinə kimi işləyir. Çoxgövdəli olmaqla, budaqlıdır. 1,5–2 m hündürlükdə koldur, yaşıl və ya qırmızı-yaşıl tikanlı gövdəsi vardır. Yarpaqları gövdə üzərində növbə ilə yerləşir. İri kolunda 800-1000 ədəd çiçək əmələ gəlməklə, çiçəyində 60-120 ləçək olur. Ətraf mühitdən asılı olaraq, efiryağlı qızılgül 30-50 il ömür sürür. Bu dövrdə bitkinin budaqları tez-tez dəyiĢir. Qızılgüldə iki tip çoxillik budaqlar: əsas və ya anac və boyu tükənən budaqlar mövçuddur. Beş tip birillik zoğları (boy-verən, vaxtsız çıxan, yağlı, generativ və silleptik) vardır. Əsas və ya anac budaqlar 5-6 yaşda olub, üzərində güçlü inkişaf etmiş boy və generativ zoğları daşıyır.

Mavi qizilgul
Bir neçə gündən sonra Yaponiyanın çiçək dükanlarında yenilik olacaq. Belə ki, artıq noyabr ayından etibarən, dünyada ilk dəfə olaraq, təbii mavi rəngli qızılgül satışa çıxarılacaq. Yeni qızılgül növünün alınması üçün alimlərə təxminən 20 il vaxt lazım olub. Qızılgülün mavi rəngdə olması üçün alimlər bitkiyə alabəzək bənövşənin genini yerləşdiriblər. Yeni qızılgül növü "Alqışlar" adını alıb. Bitki artıq bioloji təhlükəsizlik sınağından uğurla kecib.

Ag qizilgul
Ağ qızılgül digər rənglərə nisbətən daha çox ətirlidir.onlarin etri daha ferah olur
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 177
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri