Kiminsə əynində bahalı geyim görəndə, ona paxıllıq edib, 2 həftə sup yeyib, hökmən həmən o bahalı geyimi alan da — BİZİK
Gizlənqaç oynayarkən gizlənməyə yer tapmadıqda, özümüzü asfalta sürtüb avtomobilin altında gizlənən də — BİZİK
Sevdiyimiz filmi seyr edərkən ordakı varlı rolunu oynayan aktyorun əvəzinə o rolda özümüzü təsəvvür edən də — BİZİK
Universitetdə dərsdə sıxılarkən müəllimə "ay məlim, onsuz da hamı yorulub evə gedəcəyik, axırıncı dərsi keçməyin dəəə” deyib, universitetin həyətində gəzməyi və müəllimi evə göndərməyi bacaran da — BİZİK
Küçədə pişik görüb onun kimi "myyyaaaoo” səsin çıxardan da — BİZİK.
Toyda təbrik üçün söz veriləndə, tamadadan da çox şeir deyən də — BİZİK.
Hər dəfə bizi yada salan insanları yalnız işimiz düşəndə yada salan da — BİZİK.
Sıxlıq vaxtı qatara minəndə əsəbi halda "Ortaya keçin dəəə...orta boşdu” deyib, qatara minərkən qapının ağzında dayanan da — BİZİK
Sevgilimizə "sənə görə Facebook-u bağlayıram” deyib, sonradan 2 dənə əlavə profil açan da — BİZİK.
Bir qızın eyni cinsin nümayəndəsinə "Aşkım” kəlməsini deməsinə heyran qalan da — BİZİK.
Facebook-da dostuna "Şəklimi like elə dəəəə... please...” deyəndən sonra şəkilə like gəlməsə, həmən dostdan inciyən də — BİZİK.
Taksi sürücüsü 10 AZN-ə apararam deyəndə "heç olmasa 9 AZN elə də onu” deyib, 1 AZN qiyməti aşağı salmağı bacaran da BİZİK
Bu, BİZ idik.. əyrili düzlü, yalanlı gerçəkli, biraz pozitiv biraz da acınacaqlı görsənən - BİZ!