Dibçəkdə nanə əkməyin - QAYDASI!

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 3 438
Səs ver:
(səs: 0)
Ləzzətli dadı və gözəl ətri ilə salatlara, xörəklərə dad verənnanə həm də sağlamlıq baxımından olduqca faydalıdır. Nanəni hazır almaq əvəzinə evdə özünüz də əkə bilərsiniz.
Qadınla.Com dibçəkdə nanə əkməyin qaydasını təqdim edir.

Lazım olanlar:
- Bağça torpağı
- Dibçək və bir neçə çınqıl daşı
- Nanə şitilləri
- Mala
- Bağça əlcəyi
- Püskürtmə pompası

Əkilməsi:
1-ci addım:
Altında deşik olan bir dibçək seçin. Dəlikləri daşlarla örtün və üstünü torpaqla doldurub üst qismində1, ya da 2 barmaq qədər boşluq buraxın.

2-ci addım:
Mala ilə torpağın mərkəzində oyuq açın, nanə şitillərini dibçəyin içinə yerləşdirin və köklərini torpaqla örtün. Sonra torpağı sulayın.

3-cü addım:
Nanə şitillərinin qurumaması üçün 1, ya da 2 həftə gözləyin. Torpağı mütəmadi olaraq nəmləndirin və tez-tez yoxlayın. Nanə şitilləri adətən 3 ay içində tamamilə böyüyür.

4-cü addım:
Avqust və sentyabr ayı nanənin əsl yığım vaxtıdır. Səhər tezdən nanənizi yığa bilərsiniz.
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 3 438
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri