Yuxu çatışmazlığı nələrə səbəb ola bilər?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 1 781
Səs ver:
(səs: 0)
Bəzən işimiz o qədər çox olur ki, yuxumuzu onlara qurban verməli oluruq: ya gec yatırıq, ya da tez dururuq. Nəticə isə heç də ürək açan olmur. İşləməyə gücümüz, sevdiyimiz işlərlə məşğul olmağa isə gücümüz qalmır. Bu səbəbdən də sağlam yuxu hər kəs üçün şərtdir. İlk öncə gündəlik yuxu tələbatımızı nəzərdən keçirək. Yaş artıqca yuxu tələbatı azalır:

Yaşlı insanların (65+ yaş) gündəlik yuxu tələbatı 7–8 saat

Yetişkinlərin (24–64 yaş) gündəlik yuxu tələbatı 7–9 saat

Gənclərin (18–23 yaş) gündəlik yuxu tələbatı 7–9 saat

Yeniyetmələrin (14–17 yaş) gündəlik yuxu tələbatı 8–10 saat

Məktəblilərin (6–13 yaş) gündəlik yuxu tələbatı 9–11 saat

Uşaqların (3–5 yaş) gündəlik yuxu tələbatı 10–13 saat

Körpələrin (0–2 yaş) gündəlik yuxu tələbatı isə 11–17 saatdır.

Bəs bu tələbatı qarşılamadığımız halda nə baş verəcək?

Imunitetimiz birbaşa yuxu ilə əlaqəli olduğu üçün orqanizmin xəstəliklərə qarşı dayanıqlılığı azalacaq.

Diqqətimiz yayınacaq, məntiqli düşünməyə çətinlik çəkəcək və ani qərar verməyə çətinlik çəkəcəyik. Bu isə çox təhlükəlidir. Xüsusilə sükan arxasında olanlar üçün.

Gün ərzdinə 5 saatdan az yatdığımız zaman çəki almağa başlayacağıq.

Dərimizin vəziyyəti pisləşəcək: qırışlar yaranacaq, kapilyar damarlar önə çıxacaq, ləkə və akne yaranacaq.

Ürək-damar xəstəliklərinə tutulma təhlükəsi artacaq.

Xərçəng xəstəliyinə tutulma riski çoxalacaq.

Yaddaşımız zəifləyəcək.

Bu səbəbdən də, yuxu rejimimizə diqqət etməyimiz şərtdir!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 781
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri