Elektrik enerjisinə necə qənaət edə bilərik?

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 1 706
Səs ver:
(səs: 0)
Ailə büdcəsində xərc payı yüksək olan elektrik enerjisindən hansı üsullarla daha az istifadə etmək olar sualı demək olar ki, hamını düşündürür. Bu baxımdan enerji səmərəliliyi, enerjiyə qənaət istiqamətində bir sıra tövsiyələri təqdim edirik.

• İşıqlanmada 100, 75, 60 və 40 Vattlıq lampalarını 25 Vt və daha aşağı vattlıq LED (diod) lampaları əvəz edin. Bilin ki, lampaların dəyişdirilməsinə bir dəfə vəsait qoymaqla sərf olunan elektrik enerjisinin 80 faizə qədər qənaət etmək olar. Mütəxəssislərin fikrincə, enerjiyə qənaət edən və ekoloji baxımdan təhlükəsiz olan müasir işıqlandırma vasitələrinin tətbiqi və istifadəsi zərərli maddələrin, o cümlədən karbon-dioksid qazı tullantılarının faizinin azalmasına gətirib çıxarır. Deməli, bu dəyişiklik həm ailə büdcəsi, həm də ailə üzvlərinin saglamlığı üçün sərfəli və faydalıdır.

• Dəhlizlərdə, eyvanlarda səsə həsas olan işıqlandırma vasitələrindən istifadəyə üstünlük verin.

• Enerji yığan akumulyatorlu mobil telefonları və digər elektrikcihazlarını doldurarkən onları uzun müddət ştepseldən (razetka) asılı vəziyyətdə buraxmayın, şəbəkədən ayrılma zamanı isə kabeli bibaşa ştepseldən çıxarın. Mobil telefonlarınızı USB kabelləri vasitəsilə bilgisayarlardan doldurmağa üstünlük verin. Eenerji mənbəsinə qoşulan bilgisayda işləyərkən onu müəyyən müddətdən sonra ştepseldən ayırın. Batareya enerjisini qorumaq üçün telefonlarınızın Power saver və Sleep mode xüsusiyyətlərindən də istifadə edin.

• Məişətdə işlədilən enerji avadanlıqların iş rejimlərini yaxşılaşdırmaq məqsədilə enerjiyəqənaət edən A+++, A++, A+, ECO +enerji sinfinə aid edilən cihazlarınalınmasına üstünlük verin. Məişətdə işlədilən enerji avadanlıqları (paltaryuyan, qabyuyan və sair) normadan aşağıyükləməklə işlətməyin. Onları işlədərkən təlimatla tanış olun və enerji sərfi aşağı olan rejimlərdən istifadə edin. Elektroçaydandan istifadə edərkən onu lazım olan qədər su doldurub qaynadın. Artıq suyun qaynaması da çox enerji aparır.

• Kompüterlərdə işləyərkən, kitaboxuyarkən, yazı yazarkən otaqdabütün işıqlandırma sistemindən istifadə etməyin, imkan yarananda kənar işıqlandırma lampalarını söndürüb stolüstü elektrik işıqlandırma lampalarına üstünlük verin.

• Müstəqil enerji mənbələri yaradan və günəş enerjisi ilə işləyən elektrikavadanlıqlarının alınmasına üstünlük verin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 706
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri