Həyatınızın “Dostu” olmayanları yaşamınızdan silin

Müəllif: Son Bahar
Şərhlər: 7
Baxılıb: 87
Paylaş:
Səs ver:
(səs: 0)
Bəli, keçmişi dəyişə bilmərik amma arxada qalan hadisələrə baxaraq, onaları doğru təhlil edərək gələcəyi formalaşdıra və oxşar ağrı, acıları bir daha yaşamaya bilərik. Ona görə bununla bağlı özümün də istifadə etdiyim bəzi fikirləri sizinlə bölüşmək istədim.

Keçən il yaşadığınız hadisləri yazın
Bunu bir vərəqi iki hissəyə ayıraraq bir tərəfə müsbətləri digər tərəfə isə mənfiləri yazaraq hesablaya bilərsiniz. Hərəsinin altına da o hadisənin baş vermə səbəblərini yazmağı unutmayın, çünki bu onları dəyərləndirməyə sizə kömək edəcək.

Ətrafınızda olan insanların münasibətlərini dəqiqləşdirin
Sizin hər insanla yaxın münasibətinizin olması ehtimalı çox aşağıdır. Bəzi insanlar sizə dost, bəziləri tanış, bəziləri isə qohum-qonşu münasibəti bəsləyir. Sizin dost dediyiniz insan bəlkə də sizinlə tanış münasibəti saxlayır. Bunları dəqiqləşdirmək və sonradan incinməmək üçün ən yaxınınızdan uzaq münasibət qurduğunuz adama kimi onlarla münasibətinizi müzakirə edin.

İncitdiyiniz və sevindirdiyiniz insanları hesablayın
İstəyərək və ya istəmədən kimisə incitmiş ola bilərsiniz. Bu hərəkətləri nə üçün etdiyinizi ətraflı düşünün və nəticələrinin sizə müsbət və ya mənfi təsir etdiyini meydana çıxarın, amma bunu edərkən bu hərəkətlərə məruz qalan insanı da birlikdə hesablayın.

Dəyərsiz insanları həyatınızdan çıxarın
Yaşamını hərhansı prinsiplərə dayandırmayan, həyatını inşa etməyə mənbəsi olmayan, əxlaqdan, tərbiyədən, etik qaydalardan qidalanmayan insanlar sizin və bizim bu günümüz və gələcəyimiz üçün təhlükə və lazımsız yükdür. Çalışın onlara nəyisə çatdırasınız amma buna yanaşmırlarsa tez ordan uzaqlaşın.

Dostlarınızı yaşamınızdan silin
Təbii ki burda dost məfhumunu anlayan, sizə qarşı vəzifələrini və məsuliyyətlərini bilən, sizi daim diqqətdə saxlayan, sizinlə 7 gün 24 saat prinsipiylə dostluq edən insanlardan söhbət getmir. O insanlardan və ya dostlardan danışırıq ki, onlar sizinlə boş vaxtlarında məşğul olur (bəzən heç onda da olmur), sizinlə görüşəndə ya telefonla oynayır ya da yaşamdan başqa hər şey haqqında sizinlə söhbət kimi bir şey edir, sizin yaşamınızın, düşüncələrinizin və prinsiplərinizin dostu deyil, sizi olduğunuz kimi qəbul etmir. Bu tip dostlarınız varsa onları keçən ildə qoyun və özünüzə həqiqi dost tapmağa başlayın.

Kefinizi pozan insanları diqqətə layiq görməyin
Sizi incidən, həmişə kefinizi pozan, sizi işlərinizdə təşviq etməyən, həyatda dəstəkləməyən – bir sözlə sizi həyəcanlandırmayan insanlara diqqət yetirməyin.

Həyatınızın dostu olan insanları qoruyun
Sizin düşünərək rahat və xoşbəxt olduğunuz, yanında olarkən sakitlik tapdığınız, ruhunuzu qidalandıran, sizi incitməkdən dəlicəsinə qorxan, sizin fikirlərinizə və yaşamınıza dəyər verən və həyatı birlikdə addımlamaqdan zövq aldığınız dostları, insanları yaşamınız boyunca qoruyun onlara ehtiyatlı davranın, çünki hər an onları itirə bilərsiniz və bunun təzminatı heç bir maddiyatla ödənə bilməz.

Ətrafınızda həqiqi dostun olması ümidi ilə…

loading...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 87
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
gozel meslehetlerdir
11 iyul 2018 20:54
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Yağmur
Dostluğa gelende dostum sirdaşım menim ailemdi ailemden kenar hec kimle dost sirdaş olmuram kimesede güvenim inanım esla Ailenden başqa her şey yalan palandı Ailemden başqa hec kime inanmam güvenmem sirrimi vermem nede meslehet almaram mene neyin xeyir neyin ziyan olduğunu özüm yaxşı bilirem ona görede dosta ehtiyacım yoxdu dost senin ayağını basmaqdan başqa bir şeye yaramaz

Dost senin cibinin puludu pulun var dostunda var , pulun yoxdu dostunda yoxdu :-)
7 iyul 2018 12:25
6
Olduğun yeri cennete cevirmedinse her qacdığın yer sene cehennemdi
Offline
Xəyallar limanı
Burda kı fikirlər lazım olmadı çünki, özüm yaxşı bilirəm kim nədi nə deyil
Dost bilirsən bütün dərdini səhvini deyirsən sonra bir müddət spor edəndə peçat kimi üzünə vurur dost bilib hər şeyini dediyin. Məncə boş bir şeydir dost. mənim dostum filanım yoxdu sadəcə elə belə deyib güldüklərim var ən gözəli təklikdir sakitçilik.
təşəkkürlər.
7 iyul 2018 10:46
5
Şüşə kimi ol səni qıranı səndə kəs.!#
Offline
Sabah Uykum
Menim hec vaxt dostum olmadi .teklik ele menim alin yazimdi ....
7 iyul 2018 10:34
4
Sen kiwisen men qadin♡♤
Sen incidersen men inciyerem♤♡
Sen kanatirsin,men sariyaram■
Sen unudarsan men esla unutmaram,
Men QADINAM yer uzunun en boyuk doyuwcusu!
Istesen Ana olar ,Baci Olar,YaR olar,yaran olaram.
Istemezsen duwmen bile olmaram....
Offline
Dilaycan
Hesablamalar aparsaq gərək həyatımızda bir kimsə qalmaya.
Bunun sadəcə bir yolu var insanlarıa məsafəli olmaq və qarşındakına uygun hərəkət etmək onu öz silahı ilə vurmaq..
Dosta gəlincə mənim dostym yalnız ailəmdir,yalnız birlikdə sevincimizi kədərimizi icdən paylaşa bilərik gerisi bir gun bizimlə sevinə və ya kədərlənə bilər amma ailə dediyin bir başqadır,dostdur,sirdaşdır,hər şeydir sənin ucun..
7 iyul 2018 10:33
3
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)
Offline
Cema_Axodova
Menim fikrimce insanin dostu ele ozudu.ondan gozel onu bawa duwen olmaz sehvini uzune deyen olmaz
7 iyul 2018 10:25
2
Offline
CANAN
Xeber ucun tsk.
7 iyul 2018 09:51
1
canan qizim sirin seker qizim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri