Antibakterial məhsullar bizi ölümlə üz-üzə qoyurmuş - SENSASİYALI ARAŞDIRMA

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 1 477
Səs ver:
(səs: 0)
Antibiotiklərə qarşı müqavimətin doğura biləcəyi problemlər uzun illərdir ki, müzakirə edilir və istehlakçılar bu mövzuda bilgiləndirilir. Ancaq bu sahədə yeni çalışmalar hər gün istifadə etdiyimiz təmizlik vasitələrinin də antibiotiklərə qarşı müqavimət yarada biləcəyini göstərir.
Birminhem Universiteti və Norveç Axtarış Parkının araşdırmaçıları antibiotikə qarşı müqavimət yaradan bakteriyalar (kinolon bakteriyaları) əleyhinə savaşan bakteriyaların tez-tez istifadə etdiyimiz antibakterial təmizlik məhsullarının tərkibinə qatılan “triklosan” adlı maddədə olduğunu kəşf edib.
Araşdırmalara görə, kinolon müqaviməti mutasiyası bakteriyanın DNT hüceyrələrinə təsir göstərərək özünümüdafiə mexanizmlərini aktiv hala gətirir və bu müdafiə triklosana qarşı da gerçəkləşir.
Kinolon antbiotikləri önəmli və güclü təsirləri olan dərmanlardandır. Və yeni hazırlanan bu kəşf triklosan istifadəsinin də bu antibiotikə müqavimət göstərməsilə bağlı qayğıları özü ilə birgə gətirib.
Bunu sınaqdan keçirmək üçün aparılan araşdırmalar isə qayğıların haqlı ola biləcəyini göstərib. “E coli” adlı bakteriyalarla aparılan sınaqlarda triklosanın təsiri antibiotiklərin bakteriyalarla savaşmasını çətinləşdirib.
Gündəlik həyatımızda istifadə etdiyimiz bir çox təmizlik vasitələrində triklosan antibiotiki olduğu üçün hazırda belə vasitələrin istifadəsini dayandırmaq doğru olmaz. Sadəcə triklosanın miqdarının azalmasına şərait yaratmaq lazımdır.
Özəlliklə, uşaqları mümkün olduqca antibakterial sabun və təmizlik vasitələrindən uzaq tutmaqla zərərlərin qarşısını almaq vacibdir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 477
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri