Antibakterial sabunlar. Xeyirli və ya ziyanlı?

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 241
Səs ver:
(səs: 0)
Bir çoxumuz antibakterial sabunlardan istifadə edirik.

Reklam çarxlarından öyrəndiyimiz kimi, o, mikrobların daxil olmasına mane olan "qoruyucu plyonkanın"əmələ gəlmələsini təmin edir. Həqiqətən mi bu belədir? Bu sabun digər sabunlardan nə ilə fərqlənir və nə kimi ziyanlı tərəfləri var?

Adətən antibakterial sabunun tərkibində triklozan(duru sabunda) və ya triklokorban (adi sabunda) vardır. Hər iki komponent pis yuyulur və heç də zərərsiz deyil. Onun təsiri ondan ibarətdir ki, o, fermentin işini dayandırır və bakteriyalara "qoruyucu plyonka" yaradaraq onların məhv olmasına gətirir. Lakin, antibakterial preparatlar ziyanlı bakteriyalarla bərabər, dəriyə çəpər funksiyasını təmin edən xeyirli bakteriyaları da məhv edirlər. Bu isə onun həssaslığına gətirir.(məs. göbələk problemi). Bu sabunlarda olan komponentlər, hormonal dəyişikliklərə, həmçinin allergiyanın əmələ gəlməsinə də səbəb ola bilər. İmmun sistemə təsiri də mənfidir.
Gördüyünüz kim bu sabunların nəinki xeyirli tərəfləri həmçinin ziyanlı tərəfləri də vardır. Bu səbəbdən onlardan gündəlik deyil, yalnız müstəsna hallarda istifadə məsləhət görülür:

- dərini balaca cızıq, yara və zədələnmələrdən dezinfeksiya etmək üçün

- ictimai yerlərdə olduqdan sonra ( ictimai nəqliyyat, tualet)

- çirkli səthlə kontaktda olduqdan sonra ( pilləkənin sürahisı, zibil qabının qapağı vəs.)

- klinika və tibb müəsissələrindən gəldikdə

- heyvanlar və xəstə insanlarla kontaktdan sonra

Unutmayın ki, zamanla bakteriyalarda antibakterial sabunların komponentlərinə qarşı davamlılıq yaranır. Bu səbəbdən periodik olaraq istifadə etdiyiniz sabun markalarınız dəyişməyə çalışın.

Antibakterial sabunla yuduqda bəzi qaydalara əməl edin:

- bu sabunla yalnız əllərinizi yuyun, bədən və saçlar üçün yararsızdır

- sabun köpüyü dəridə 20 saniyədən çox qalmamaldır

- bu sabunu əllərdən uzunmüddətli yumaq lazımdır
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri