Ürəyi istinin təsirindən qoruyan faydalı içki

Müəllif: Son Bahar
Şərhlər: 4
Baxılıb: 1 338
Səs ver:
(səs: 0)
Çox isti hava ürəyin, sinir sisteminin, böyrəklərin fəaliyyətinə olduqca mənfi təsir edir.

İsti hava ürək tutmaları, infarkt və insultun, böyrəklərdə daşların əmələ gəlməsinin, sinir sistemi xəstəliklərinin kəskinləşməsinin riskini artırır.
Qadınla.com xəbər verir ki, mütəxəssislər istinin insan orqanizminə olan mənfi təsirini azaltmaq üçün müxtəlif vasitələr tövsiyə edir. Belə ki, rusiyalı həkim-diyetoloq Viktoriya Savitskayanın fikrinə görə, isti havanın orqanizmə olan mənfi təsirini ən yaxşı azaldan vasitə çökə güllərinin dəmləməsidir.

Həkim qeyd edir ki, bu dəmləmə beyinin və ürəyin fəaliyyətinə müsbət təsir edir, ürəyin ritmini və arterial təzyiqi tənzimləyir, sakitləşdirir, yuxunu yaxşılaşdırır.

Diyetoloq dəmləməni hər gün adi çay kimi dəmləməyi (1 x.q. quru ot + 1 stəkan isti su) və soyuq halda içməyi tövsiyə edir. Dəmləməni su ilə durulaşdırıb uşaqlara da vermək olar.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 338
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri