Soğanı bölüb corabın içinə qoysanız... – BUNLARI BİLİRSİNİZ?

Müəllif: Onun_Mələyi
Şərhlər: 7
Baxılıb: 1 242
Səs ver:
(səs: 0)
Yeməklərin vazkeçilməzi olan soğanı gündəlik həyatda bir neçə başqa sahədə də istifadə etmək olar.

Qadınla.Com soğanın 5 fərqli istifadə qaydasını təqdim edir.

Ağcaqanad dişləyərsə...
Soğan ağcaqanad dişləyən zaman yaranan ağrını aradan qaldırır. Soğanı kəsin və ağcaqanad dişləyən yerə sürtün. Bir müddət sonra ağrı qalmayacaq.

Hərarət...
Qəribə səslənə bilər, ancaq yatmadan əvvəl corabınızın içinə para soğan qoya bilərsiniz. Bu, qrip əlamətlərini, yaxud hərarəti aradan qaldırır. Ertəsi gün oyandığınızda özünüzü daha yaxşı hiss edəcəksiniz.

Boğaz ağrısı...
Bir baş soğanın qabıqlarını qaynar suya atın və qaynadın. Daha sonra süzün. Çalışın bu suyu bir dəfəyə içəsiniz. Boğazınızda yaranan ağrıya və farengitə şəfa olacaq.

Halsızlığa çarə...
Birdən-birə başınız fırlandı? Özünüzü halsız və yorğun hiss etməyə başladınız? Həyəcanlanmağa ehtiyac yoxdur. Bir baş soğanı kəsərək iyləyin. Bu, sizi kolonya və amonyakdan da tez özünüzə gətirəcək.

Dəmir əşyaları parıldadır
Dəmr qaşıq və digər əşyalarınızı parıldadmaq istəyirsinizsə, soğandan istifadə edin. Soğanı püre halına gətirin və ilıq su ilə qarışdırın. Bir parça ilə metal əşyalarınızı bununla sürtün. Fərqi görəcəksiniz.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 1 242
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri