Suyu qulaqdan necə çıxartmaq olar? Sadə üsullar

Müəllif: Son Bahar
Şərhlər: 3
Baxılıb: 1 609
Səs ver:
(səs: 0)
Bəzən duş qəbul edəndə və ya dənizdə çiməndə qulağa su düşə bilər.
Bu hal diskomfort yaradır və həmçinin qulaq infeksiyasının riskini artırır. Bu səbəbdən suyu qulaqdan mümkün qədər tez çıxartmaq lazımdır.
Bunun üçün bəzi sadə üsullar var. Qadinla.com sizə bu üsulları təqdim edir.

1. Su olan qulağı böyürə əyin, ovucunuzla kip bağlayın və sonra əlinizi tez çəkin. Bu zaman qulaqda vakuum yaranır və bu da suyun qulaqdan çıxarmasına kömək edir.

2. Qulağınızı fenlə qurudun. Hava ilıq olmalıdır, feni qulaqdan 30 sm məsafədə saxlayın.

3. Qulağa 2 damcı spirt tökün. Spirti istifadə etdikdən əvvəl bir qədər qızdırın.

4. Su düşmüş qulağın üzərində uzanın ki, su çölə axsın.

5. Saqqız çeynəyin. Bu suyu çölə itələyəcək.

6. Əsnəyin.

7. Qulağınızın üzərinə isti bir şey (qrelka və s.) qoyun və bir az saxlayın.

Əgər qulaqda ağrı, eşitmənin pisləşməsi, irinli ifrazatlar kimi simptomlar əmələ gələrsə, vaxt itirmədən LOR həkiminə müraciət edin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri