İynə yeri şişərsə, nə etmək lazımdır?

Müəllif: YalniZ-ArZu
Şərhlər: 9
Baxılıb: 49 928
Səs ver:
(səs: 0)
İynə vurdurduqdan sonra bəzən yerinin şişdiyini, qaraldığını və qızardığını müşahidə edə bilərik. Bu hal inyeksiyanın bədənə sovrulmasının qarşısını alaraq bir sıra fiziki və estetik narahatlıqlar yaşadır.

İnyeksiyadan sonra yaranan şişkinliklər hər zaman zərərsiz olmur. Belə ki, əgər absesdən şübhələnirsinizsə, o zaman həkimə müraciət etməlisiniz. Çünki iltihabi prosesi çirkli əllərlə və tibbi alətlər olmadan təmizləmək olmaz. Əgər iynə vurulan yerin ətrafında şişkinlik, ağrı, qızartı, qaşınma, temperatur müşahidə edilərsə, o zaman təcili olaraq həkimə müraciət edilməlidir.

Qısa iynə dərinin kifayət qədər dərin qatına gedə bilmədiyi üçün dərmanın dəri altında yığılıb qalmasına səbəb olur. Belə olduqda dərmanın bədənə sovrulması uzun çəkir və müalicə prosesi uzanır. Buna görə də uzun iynəli şprislərdən istifadə etmək lazımdır.

Əgər iynənin yeri iltihablaşmayıbsa, o zaman şişkinliyi ev şəraitində də müalicə etmək olar.

Aradan qaldırılması üsulları:


- Kartofu soyaraq yarıya bölün və şişkinliyin üzərinə qoyun.

- Təmiz əski parçasını isti suda isladın, üzərinə 72% -lik paltar sabunu çəkərək inyeksiyanın yerinə qoyun.

- 2 hissə bişmiş soğanı 1 hissə paltar sabunu ilə qarışdırın. Daha sonra iynə yerinin üzərinə qoyaraq səhərədək saxlayın.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 49 928
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri