Yüksək stressli insanların beyinləri kiçik və yaddaşları zəif olur

Müəllif: Onun_Mələyi
Şərhlər: 5
Baxılıb: 997
Səs ver:
(səs: 0)
Stressin bədəninizə qəribə təsirləri ola bilər. Stress baş ağrıları, yorğunluq və həzm problemi yarada bilər.

Yeni araşdırmaya görə, stress beyniniz üçün də pisdir.
"Neurology" jurnalında dərc edilən yeni araşdırmaya əsasən, qanda yüksək miqdarda kortizol olmağı - stress hormonudur - yaddaşı zədələyir və beynin kiçilməsinə səbəb olur.

Qadınla.Com bildirir ki, Harvard Tibb Məktəbindən tədqiqatçılar ortalama yaşları 49 olan 2000 insanın yaddaş və düşünmə bacarıqlarını testedirlər. Onlar həmçinin, qan nümunələrini götürür və beynin ölçüsünü MRT ilə ölçürlər.

Normal kortizol bir dessilitrdə10.8-15.8 mikroqramdır və tədqiqatçılar iştirakçıları üç qrupa bölürlər: aşağı, orta və yüksək səviyyə.

Nəticələr göstərdi ki, kortizol səviyyəsi yüksək olan insanlar yaddaş və düşünmə bacarığı testlərində normal kortizol səviyyəsi olan insanlarla müqayisədə daha az bal yığıblar. Həmçinin, kortizol səviyyəsi yüksək olan insanların beyin ölçüləri daha kiçikdir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri