Sağlam dişlər üçün - 10 qızıl qayda

Şərhlər: 2
Baxılıb: 1 478
Səs ver:
(səs: 0)
Sizə sağlam dişə sahib olmağın 10 qızıl qaydasını təqdim edirik:

1. Dişlərinizi səhər yeməyindən sonra fırçalayın
İnsanların çoxu  ağızlarında qoxu hiss etdikləri üçün dişlərini səhər oyanan kimi fırçalayırlar. Sabah oyandığımızda ağzımızdakı iy gecə tüpürcəyin fəaliyyətinin ləngiməsindən qaynaqlanır. Bu zaman ağız boşluğundakı bakteriyalar fəaliyyətə başlayır, nəticədə isə xoş olmayan qoxu yaranır. Yuxudan oyanandan müəyyən vaxt keçdikdən sonra bu vəziyyət normallaşır. Lakin düzgün ağız təmizliyi üçün ən ideal vaxt məhz yeməkdən sonradır.

2. Qəlyanaltılarda yapışqan qidalardan qaçın.
Şəkərli qidalar diş ətrafında təmizlənməyən qalıqlara çevrilir. Bu da diş kariyesi üçün münbit şərait yaradır. Nəticədə dişlərin erkən itirilməsinə səbəb olur.

3. Axşam dişlərinizi fırçaladıqdan sonra yemək yeməyin.
Gecə oyanıb qida qəbul edən insanların dişlərində çürümə daha çox olur. Bu, dişlərin xarab olmasını 3 qat artırır. Çünki yuxarıda qeyd etdiyimiz kimi, yuxuda olanda bakteriyalar daha aktivləşir.

4. Diş ipi istifadə edin
Diş ipi, ağız və diş sağlamlığı alətlərindəndir. Diş fırçasının təmizləyə bilmədiyi ara üzləri və sabit protezləri (körpü deyə ifadə edilən diş qapaqlarlarının) gövdə hissələrinin diş ətində baxan hissələrinin təmizlənməsini təmin edən bir vasitədir. Diş əti xəttinin altındakı və dişlər arasındakı yerlərdəki ərp, yemək artıqları diş ipiylə çıxarıla bilər.

5. Spirtsiz ağız yaxalama suları istifadə edin.
Gündə bir dəfə ağız yaxalama sularından istifadə etmək çürük, bakteriya fəaliyyətini yavaşladır. Buna görə də həmin sulardan istifadə son dərəcə önəmlidir.

6. Diş fırçanızı 3-4 aydan bir deyiştirin
Deformasiya uğramış diş fırçaları mütləq dəyişdirilməlidir. Həmin vasitələr heç bir müsbət effekt verməyəcək.

7.Diş fırçalama qaydalarına düzgün əməl edin.
Yaddan çıxarmayaq ki, dişlərimizi düzgün fırçalamasaq, bunu dişlərə heç bir faydası olmayacaq. Davamlı fırçalanma olsa da, düzgün edilmədikdə dişlər daha tez çürüməyə meyilli olur. Əgər qaydasında etmədiyinzi düşünürsünüsə, bu barədə diş həkimindən məsləhət alın.
 
8.Diş fırçanızı su ilə islatmadan istifadə edin.
Diş fırçanızı əvvəlcə su ilə isladıb daha sonra məcunu əlavə edirsinzisə, bu yanlış addımdır. Çünki bu zaman məcunun tərkibində olan florür maddəsinin keyfiyyəti itir. Sözügedən maddə dişlərdə çürüməni ləngidir. Buna görə diş məcununu fırçaya quru-quru əlavə edin.

9. Tərkibində florür maddəsi olan pastalar alın.

10. 6 Aydan bir diş həkiminə gedin.
Müntəzəm olaraq diş həkiminə gedin. Bu, erkən diaqnoz üçün çox vacibdir. Qeyd etmək lazımdır ki, tez aşkarlanan problemin həlli daha asan olur.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 478
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri