İsti hava kabusu TƏR - Bu üsullarla pis qoxudan xilas olun!

Şərhlər: 3
Baxılıb: 1 547
Səs ver:
(səs: 0)
Yay fəslinin isti günlərində ən çox qarşılaşdığımız problemlərdən biri də məhz tərləməkdir. Əslinə tərləmə normal funksiya olsa da bəzi hallarda xoşagəlməz qoxu olur. Hətda bir sıra hallarda hansısa xəstəliyin əlaməti hesab oluna bilir. Tər pis qoxusu ilə həm fərdin özünü, həm də ətrafını narahat edir. Kabus dolu günlər isə isti havalarda yaşanır. Xüsusi ilə qoltuğ altı bölgəsində tərləmə daha çox müşahidə edilir.

Bu narahat edici vəziyyətdən xalq təbabəti üsulları ilə xilas olmaq olar. Mütəxəsislərin sözlərinə görə ədviyyatlar daha çox tərləməyə təkan verir. Elə bitkilər də var ki, onlar da tərləməyə səbəb olur. Bunlardan zəncəfili misal çəkmək olar.

Lakin tərləmənin qarşısını almaq üçün bir neçə xalq təbabəti üsulları da var.

Resept:

1 stəkan xırdalanmış palıd qabığının üzərinə 0,5 litr su əlavə edilərək 10 dəqiqə qaynadılır, alınan maye ilə tərləyən nahiyələr vanna edilir. Bu məqsədlə şam və fındıq ağaclarının yarpağından, qara gəndalaşın çiçək və meyvəsindən də istifadə etmək olar.

üsullar
Qara çaydan hazırlanmış tünd dəmləmə ilə gecələr vanna qəbul edilir.Tərləyən nahiyələri növbəli şəkildə gah sərin, gah da isti suya salıb 30-60 saniyə saxlamaqla tərləmənin qarşısı alınır.

Resept:
6 xörək qaşığı aptek çobanyastığı çiçəkləri üzərinə 2 litr qaynar su əlavə edilərək 1 saat dəmə qoyulur. Hər gün axşam yatmazdan qabaq tərləyən ətraflar alınan dəmləmə ilə vanna edilir. 
Hər gün səhər tezdən təmiz və quru qoltuqaltı nahiyələrə çay ağacının yağı sürtülür və 5 dəqiqədən sonra yağ salfetlərə hopdurulur.

Resept:
1 çay qaşığı duz 1 stəkan isti su ilə qarışdırılır və gündə iki dəfə tərləyən nahiyələr alınan məhlulla yaxalanır.

2 xörək qaşığı xırdalanmış sincanotu kökümsovunun üzərinə 1 stəkan qaynar su əlavə edilərək 30 dəqiqə dəmlənir. Alınan dəmləmə ilə vanna qəbul etmək və ya islatma şəklində tərləyən nahiyələrə qoymaq olar.

Tərləyən nahiyələr, xüsusilə ayaqlar sərin su ilə yuyulur, tam qurudulur, sonra ayaq barmaqlarının arasına tozağacı yarpaqları qoyularaq müəyyən müddət saxlanılır. Yarpaqlar gündə iki dəfə yeniləri ilə əvəz edilir.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 1 547
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri