Mətbəx xərclərini necə azaltmalı?

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 156
Səs ver:
(səs: 0)
Rəflərdə satılan rəngarəng meyvələr, tərəvəzlər, qablaşdırılmış yeməklər… Hər evin ən böyük xərci məhz ehtiyac olan qidalara gedir.

Bəs yeməyimizi azaltmayaraq mətbəx xərclərini necə azalda bilərik?

Alış-veriş siyahısı
– Evinizin bütün qida ehtiyaclarını bir vərəqə yazın. Bu siyahı, aclıq zamanı və ya soyuducuda nələrsə bitincə qeyd edilən ehtiyaclar deyil. Hər evdə yeyilən yeməklər təxmini eynidir. Əsas siyahıya nəzarət etsəniz zənn etdiyiniz qədər də pulunuz getməz. Qidaların bəzəkli paketlənməsinə aldanıb əlavə çox pul verməyin.

Marketlərə nəzarət
– Yanınızda pul götürmədən ətrafdakı marketləri gəzərək qiymətləri analiz edin. Əgər buna zamanınız yoxdursa daha yaxın dostunuz və ya qohumunuzdan xahiş edin. Həftədə bir dəfə bunu edin. Marketlərdə aparılan kampaniya və endirimləri izləyin.

Gizli xəbərləşmə sisteminizi qurun – Yaxın qonşularla alış-veriş söhbəti edin. Bir-birinizə qiymətlər barədə məlumat verin. Fürsətləri qaçırmayın. Endirimin olduğu yerlərlə bağlı məlumatlanın.

Görünüşə aldanıb bahalı, keyfiyyətiz məhsul almayın – Bəziləri üzərində ləkələr olan bananı almayıb daha bərk, üzəri ləkəsiz meyvəni seçirlər. Ancaq unutmayın ki ləkəli banan digərləri ilə müqayisədə daha keyfiyyətli və təbiidir. Rayon, yerli meyvə və tərəvəzləri almaqdan çəkinməyin. Bu daha ucuz və faydalı olacaq.

Zamana diqqət edin
– Belə ki meyvə və tərəvəzləri səhərlər alsanız daha məqsədəuyğundur. Bu onların təzəliyi deməkdir. Axşam saatında korlanmaq ehtimalı daha çoxdur.

Xərclərin qeyd edildiyi dəftər tutun – Alış-verişdən gələndən sonra aldığınız məhsulları masanın üzərinə boşaldın. Aldığınız nə varsa hər birinin qiymətini yazın. Mətbəx büdcənizi təyin edin. Gəlirinizə görə bir sonrakı alış-verişdə bu büdcəni azaldın və ya eyni tutarsınız.

Çoxlu alın – Noxud, lobya, mərcimək, bulqur… Uzun müddət xarab olmayan məhsulları çoxlu alın. Qiymətlərdəki böyük fərqi görəcəksiniz. Həmçinin yuyucu toz, sabun, şampun, tualet kağızı, salfetlər kimi çox istifadə edilən məhsullar üçün bu üsulu sınaya bilərsiniz.

Az-az və tez-tez bişirin – Gələcək qonaqlara çatmaz düşüncəsi ilə çox bişirməyin. Bir yeməyi çox bişirib köhnəltməkdənsə az bişirsəniz bu yeməyi daha dadlı edər.

Yeməyin bərəkətini artırın – Mövsümünə görə kartof, badımcan demək olar ki hər yeməyə əlavə edilir. Bu, doğru miqdarda olduqdan sonra daha məqsədəuyğundur. Bu kimi qidalar yeməyi bollaşdırar. 1 soğan, 1 kartof, 3 bibər, bir az da ət… Möhtəşəm yeməyi servis edə bilərsiniz.

Günorta yeməyini evdən gətirin – İşləyənlər, daha az kalorili və daha az maliyyəti olan günorta yeməyinin sirri evdən gətirməkdir. Gündə yeməyə verəcəyiniz pulu toplasanız bu maddiyatınızı kifayət qədər artırar.

Məhsullardan düzgün istifadə qaydalarını öyrənin
– Bir az boyat çörəklərə yumurta çəkib qızardaraq səhər yeməyinə çevirə bilərsiniz. Sümükləri qaynadıb sup hazırlaya bilərsiniz.

Saxlanılma şəraitinə diqqət göstərin
– Meyvə və tərəvəzləri soyuducuya yumadan qoyun. Rəfləri ayırın, paketlərə hava almaqları üçün deşiklər açın, göbələklər üçün kağız torbalardan istifadə edin. Soğan və kartofları işıq almayan yerlərdə saxlayın. Çürümələrinə beləliklə maneə ola bilərsiniz.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 156
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri