Evinizə bolluq və bərəkət gətirəcək 6 üsul

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 1770
Səs ver:
(səs: 0)
Bir çoxları Fenq Şui sənətinin insanların həyatına uğur, xoşbəxtlik, şans, enerji bəxş etdiyinə inanır.

Əgər siz də Fenq Şuinin enerjisinə inananlar sırasındasınızsa, 6 tövsiyəyə əməl etməklə evinizə bolluq və bərəkət gətirə bilərsiniz:

Fenq Shui əşyaları – Şəkillər, çərçivələr, duyğu və düşüncələri ifadə etməyin ən gözəl yollarından biridir. Evinizdə mövcud olan çərçivələri gözdən keçirin v özünüzü yaxşı hiss etdirməyən tabloları evinizdən çıxarın. Müsbət enerji üçün şəkil seçərkən ağac kimi canlılığı təmsil edən görüntülərə yer verməyiniz tövsiyə edilir.

Aynalar – Bu, fəlsəfənin vacib ünsürlərindən biridir. Məsələn, yataq otağınıza bir ayna qoymağınız tövsiyə edilmir. Lakin yemək masasının divarında qızılı detallı bir aynanın mövcudluğu bolluq və bərəkət enerjisini evinizə daşımaqda köməklik edə bilər.

Sadəlik – Bu fəlsəfədə sadəlik və təmizlik olduqca vacibdir. Üst-üstə əşyaların toplandığı, rəflərin gərəksiz doldurulduğu, rahat şəkildə dolaşa bilmədiyiniz evdə müsbət enerjinin də olması mümkün deyil. Evinizi bu fəlsəfəyə uyğunlaşdırmaq istəyirsinizsə, ilk olaraq sevmədiyiniz əşyaları dəqiqləşdirib onlardan xilas olmağı seçməlisiniz.

Rənglər – digər mühüm nüanslardan biri də rəng seçimidir. Dekorasiyanızda qızılı və ya bənövşəyi rəngin tonlarına üstünlük verin. Bu, sizə bolluq və bərəkət qapılarının açılmasında kömək olacaq. Güldan, şamdan, güzgü kimi dekorativ əşyalarda qızılı rəngə üstünlük verməyiniz tövsiyə edilir. Yumşaq əşyalar və şəkil çərçivələrində isə bənövşəyi rəngi seçsəniz, peşman olmazsınız.

Canlı bitkilər – Fenq Şui fəlsəfəsinə görə, canlı bitkilər bolluq və bərəkətin evinizə gəlməsinə kömək edə bilər. Bərəkət bitkisi və ya pul ağacı olaraq da tanınan crassula bitkisini seçə bilərsiniz. Həmçinin oval formalı yarpağı, qırmızı çiçəkləri olan fərqli bitkilərə də yer verə bilərsiniz.

Su – Fenq Şui fəlsəfəsində suyun rolu çox mühümdür. Suyun məhz sağlamlığı yaxşılaşdırdığı, enerjini artırdığı bildirilir. Bunun üçün evinizdə kiçik və dekorativ su hovuzu seçə və ya su dolu kasanı evinizin küncünə yerləşdirə bilərsiniz. Ancaq su hovuzunun yataq otağına qoyulması tövsiyə edilmir.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1770
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 6005
Xəbər sayı: 0
Qeydiyyat: 16.11.2017
Cema_Axodova
Evi aynasiz tesewwur ede bilmirem. Maraqliydi tewekkurler
2 may 2020 22:34
5
p.s
Şərh sayı: 2124
Xəbər sayı: 109
Qeydiyyat: 30.11.2019
Btsarmy;)
-Bereketi, Ruzini Tanrı verer!
2 may 2020 18:41
4
-^ A person starts dying when they stop dreaming...✌
Şərh sayı: 80414
Xəbər sayı: 30
Qeydiyyat: 5.03.2012
BARBI
Bele bos seye inanmiram ay ayna ay feng sui bos seylerdi.Allah her kesin ruzusunu verer
2 may 2020 14:48
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1361
Xəbər sayı: 5
Qeydiyyat: 18.07.2019
kivircik
Ruzini veren Allahdi,bele sheylere inanmiram men. Qeyd olunanlar yaxshi ehval ,xosh abu hava yaradar. Evde bitkiler ,rengli sade eshyalar ,akvarium ve s. chox sevirem
2 may 2020 13:44
2
Az shikayet,chox shukur- seni mutluluga goturur!
Şərh sayı: 458
Xəbər sayı: 22
Qeydiyyat: 8.06.2019
Marsell
Bu bir tür xəstəlikdir mənim anam 10 ildi atamın əştakarın saxlayır olduğu kimi hər dəfə baxır onlara ata bilmirik kiməsə verə bilmirik özü də yuxumuza gəlir deyir əşyalarıma toxunmuyun kurtkamın cibində nəsə var ona baxmayın
2 may 2020 13:41
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri