Ayaqqabı seçimini necə etməli?- 7 QIZIL QAYDA

Şərhlər: 7
Baxılıb: 1173
Səs ver:
(səs: 1)
Qadınlar ayaqqabıya lazımlı əşya olaraq deyil, üslubumuzu tamamlayan bir aksessuar kimi baxmağı üstün tutur. Ayaqqabı seçərkən onun rahatlığından daha çox görünüşünə və geyim tərzinə uyğun olduğuna diqqət edir. Amma diqqət etməli başqa məqamlar da var. Belə ki, həkimlər bildirir ki, ayaqqabı seçimində səhvə yol vermək sağlamlığınıza mənfi təsir edə bilər. Bəs, ayaqqabı alarkən nələrə diqqət etmək lazımdır? İş və şəxsi həyatınızda fərdi imicinizin bir parçası olan ayaqqabılarınızı necə seçməlisiniz?

Beləliklə, ayaqqabı seçərkən diqqət etməsi vacib olan 7 qaydanı təqdim edirik:

1) Demək olar ki, hamımız eyni şeyi istəyirik, daha incə, daha dəbli və daha yaraşıqlı görünmək. Bunun üçün düz bir xətt təsiri yaratmaq lazımdır. Yalnız geyimlərdə deyil, ayaqqabılarda da buna fikir verməlisiniz. Ayaqqabılarınızla şalvarınızı və corablarınızı eyni tonlarda seçərək yuxarıdan aşağı bir bütünlük təşkil edə bilərsiniz. Eyni qaydanı ətəklərinizdə də tətbiq etməyi unutmayın, kəsilməz bir bütün xətt yaradın. Topuqdan bağlanan ayaqqabıların ən çox incə topuqlu xanımlara yaraşdığını bilirsiniz yəqin ki. İri topuqlu qadınlarımıza isə bu məsləhət deyildir, çünki belə ayaqqabılar sizin ayaqlarınızı daha da kobud göstər bilər.

2) İş həyatınızda 8 sm-dən hündür dabanlı ayaqqabılar heç məqsədə uyğun deyildir. İş geyimi mövzusunda ənənəvi sektorlar olan bank, maliyyə, hüquq, ictimai sektorlarda işləyən xanımlar klassik dikdabanlardan düzgün istifadə etməlidirlər. 4-5 sm-lik dikdabanlar əslində bir çox ayaqda gözəl görsənir. Baldırlarınızın kök olduğundan şikayət edirsinizsə, onu daha incə və uzun göstərmək üçün ən azından 2,5 -3 smlik dabanlar seçin, düz babet və idman ayaqqabılardan uzaq durun. Bunlar sizin ayaqlarınızı daha da kök göstərməyə səbəb ola bilər.

3) İşdə geyinəcəyiniz ayaqqabılara qərar verməkdə çətinlik çəkirsinizsə, burnu açıq ayaqqabılar, sandal, rəqs ayaqqabıları, başmaqlar ənənəvi iş yeri geyiminə heç də uyğun deyildir, bunu unutmayın. Burnu bağlı ya da yaz ayları üçün arxadan bantlı ayaqqabılar bu tərz geyim üçün ən uyğun seçimlərdəndir.

4) Ayaqqabınızın ayaqlarınızla, hətta baldırınızla mütənasib olmasına diqqət verməlisiniz. İti burunlu ayaqqabılar ayaqları daha uzun, yumru burunlularsa daha kiçik göstərir.

5) Ala biləcəyiniz ayaqqabının ən keyfiyyətlisini alın. Bir az daha bahalı gəlsə də, keyfiyyətli bir cüt ayaqqabı sizi daha uzun müddət “gəzdirəcək”. Unutmayın ki dost-düşmən hər kəs ayağa baxır.

6) Ayaqqabı alışını günortadan sonrakı saatlarda edin. Ayaq üstə dayanmaqla və ya gəzməklə yaranan yorğunluq ayaqlarınızda ən çox bu vaxtlar olur, ayaqqabı alışını bu saatlarda edin ki ayağınıza ən rahat olan doğru ayaqqabını seçmiş olasınız.

7) Ayaqqabı və çantalar eyni rəngdə olmaq məcburiyyətində deyil. Amma eyni stildə olmaları çox əhəmiyyətlidir. İdman ayaqqabılarla idman seqmentli çantaları, daha zərif fantaziya ayaqqabılarla eyni zəriflikdə çantaları uyğunlaşdırmağa diqqət etməlisiniz.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 1173
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 331
Xəbər sayı: 0
Bal
Mən ayaqabı seçəndə çox çətilik çəkirəm
22 oktyabr 2020 14:35
7
Şərh sayı: 6407
Xəbər sayı: 0
Cema_Axodova
Mənimçün iş həyatında görünüş önəmlidi.ona görə çox hündür geyinirəm.ancaq işdə olmadığım zaman krasovka
21 oktyabr 2020 13:30
6
p.s
Şərh sayı: 115
Xəbər sayı: 0
black_angel
Ayaqqabi seciminde cetinlikim olmur
21 oktyabr 2020 07:39
5
Şərh sayı: 1754
Xəbər sayı: 0
♡iLK NUR♡
Ayaqqabı seçərkən sadəlik və rahatlığa önəm verənəm
_.hərbici_ yari can belə bir şeyə ilk dəfə rast gəlirəm əslində siz çoxdan istifadəçi statusu almış olardın adminə sual verin.
20 oktyabr 2020 22:20
4
Zəfər bizimdir. QARABAĞ AZƏRBAYCAN' DIR
Şərh sayı: 81216
Xəbər sayı: 30
BARBI
Ayaqqabinin rahatligi her seyden onemlidir mence
20 oktyabr 2020 20:59
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 1339
Xəbər sayı: 0
♡Tək Nur♡
mən ayaqqabı alanda elədə çətinlik çəkmirəm
20 oktyabr 2020 18:47
2
Şərh sayı: 65
Xəbər sayı: 0
forever_love
qzlar komek edinn Obri profilime girenmiremmm...
20 oktyabr 2020 18:34
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri