Qırmızı qarağat.

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 220
Səs ver:
(səs: 0)

Qırmızı Qarağat- Meyvələrində üzvi turşular çox olduğu üçün susuzluğu tez kəsir, ürək bulanmasını aradan qaldırır, iştahanı artırır. Ağır xəstəlikdən sonra qüvvəni bərpa etmək üçün istifadə edilir.

Xalq təbabətində meyvələri tərlədici, hərarətsalıcı, yüngül işlədici kimi istifadə edilir. Qırmızı qarağat mədə şirəsinin ayrılmasına kömək edir. Onun şirəsi orqanizmdən duzları xaric edir, ödü qovur. Zəif işlədicidir və qanaxmanı kəsir. Uzun müddət qidalandıqda xroniki qəbizlikdə kömək edir.

Qırmızı qarağat iltihab əleyhinə səmərəli və yüngül ödqovucu vasitədir.

Qırmızı qarağatın tərkibində qanı duruldan maddələr olduğu üçün sistematik şirəsini qəbul etdikdə infakt və iflicin profilaktikasında səmərəlidir.

Qırmızı qarağatda müəyyən edilən seroton xərçəng şişlərinin bəzi növlərinin qabağını almaq qabiliyyətinə malikdir!

Qırmızı qarağatın meyvələri mədə və bağırsaqların fəaliyyətini normallaşdırır, uzun müddət yeyəndə xroniki qəbizlikdə kömək edir. Meyvə mövsümündə yemək məsləhətdir.Qırmızı qarağat artıq xolesterini bədəndən xaric edir. Buna görə də orqanizmi təmizləmək üçün və ürək-damar sistemi xəstəliklərinin profilaktikasında yaxşı vasitədir. Müalicə məqsədilə qırmızı qarağatın meyvələrinin həlimini qəbul etmək məsləhətdir. 1 x.qaşığı meyvələri budaqlı 1 stəkan qaynar suya töküb soyuyana qədər dəmləmək. Yemək arasında ½ stəkan gündə bir neçə dəfə içmək.Qırmızı qarağatın meyvələri hərarəti aşağı salan, yüngül işlədici və allergiya əleyhinə vasitə kimi istifadə edilir.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 220
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri